Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman (MBS) keçən ilin oktyabrında İstanbulda vəhşiliklə ödürülən Camal Qaşıqçının məhkəmə qarşısına çıxarılan qatillərini hələ də himayə edir.
Gundemxeber.az xəbər verir ki, belə bir iddia ilə “The Washington Post” qəzetinin yazarı Devid İqnatius çıxış edib.
Amerikalı yazar MBS-nin olanlardan hələ də dərs almadığını vurğulayıb.
Iqnatiusun rəyini aldığı, Səudiyyə Ərəbistanı üzrə ABŞ-ın tanınımış ekspert ona şahzadənin ölkə daxilində olduqca sərbəst və qorxusuz davranış sərgilədiyini deyib.
Yazıda şahzadənin bu hallarının Qərb dövlətləri üçün çox qorxulu olduğu fikrinə yer verilib.
Səudiyyə Ərəbistanındakı mənbələr Əl Kahtaninin son günlərdə həm paytaxt Ər-Riyaddakı evində, həm də Krallıq məhkəməsinin ictimaiyyətlə əlaqələr mərkəzində rejimə müxalif olan şəxlslərə qarşı qurulan kiber ordusunu idarə edən dostları ilə tez-tez görüşdüyünü bildirir. Kahtaninin yaxın ətrafına “təkcə mən günahlandırıldım və günah keçisi kimi istifadə edildim” dediyi iddia edilib.
D.Iqnatius Kahtaninin köhnə şakərindən əl çəkməməsinə nümunə olaraq Kanadada yaşayan səudiyyəli müxalif Ömər Əbdüləzizə yönəlik sosial şəbəkələrdə başladılan qaralama kampaniyasını göstərib. Bu kampaniyada Camal Qaşıqçı və Ömər Əbdüələziz Qətər agentləri olaraq təqdim edilir.
“Məhəmməd bin Salmanın Kahtani ilə davam edən münasibətləri məsələsində Səudiyyə rəsmiləri ABŞ-ı səbrli olmağa dəvət edib. Səudiyyəli bir şahzadə ABŞ rəhbərliyinə “əgər Kahtanini əngəlləməyə çalışsaq, o, başqa bir yol tapacaq” söyləyib”,- deyə İqnatiusun məqaləsində yazılıb.
Qaşıqçı cinayəti ilə bağlı mərhum jurnalistin “The Washington Post”dakı redaktoru Karen Attiya da öz fikrini paylaşıb.
Karen Attiya tvitter hesabında Camal Qaşıqçının ifadə azadlığı və müstəqil düşüncə şəhidi, MBS-nin isə əbədi olaraq qatil kimi yadda qalacağını qeyd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?