Gundemxeber.az » Dünya » ABŞ-də universitetə silahlı basqın edən professorda siyahı olub - FOTO
ABŞ-nin Las-Veqas şəhərində Nevada Universitetində silahlı basqın edən şəxsdə qurbanların siyahısı olub.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə Las-Veqas Metropoliten Polis Departamentinin rəisi məlumat verib.
Bildirilir ki, siyahıda olanlardan heç biri xəsarət almayıb.
Rəis atəş açan şəxsin professor olduğunu vurğulayıb. O, hücumdan əvvəl ABŞ daxilində olan universitet professorlarına 22 məktub göndərib. Məktubların məzmunu müəyyən edilməyib.
Müstəntiqlər hələ də cinayətin motivini araşdırırlar.
Qeyd edək ki, dekabrın 6-da ABŞ-də təhsil müəssisəsində növbəti atışma hadisəsi baş verib. Las-Veqas ştatının Nevada Universitetinin əsas kampusuna silahlı basqın edilib. Son məlumatlara görə, hadisə nəticəsində azı üç nəfər ölüb, daha bir nəfər isə son dərəcə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Atəş açan şəxs polis tərəfindən zərərsizləşdirilib.
Hücum edən şəxsin Corciya və Şimali Karolinada kolleclərlə əlaqəsi olan 67 yaşlı professor Entoni Polito olduğu müəyyən edilib. Onun Nevada Universitetinin kampusuna nə üçün gəldiyi hələ də məlum deyil. Səlahiyyətlilər atəş qurbanlarının tələbələr deyil, müəllimlər və ya işçilər olduğunu müəyyən edib.
Gundemxeber.az
13-03-2016, 21:19
2-10-2017, 15:29
23-07-2018, 10:27
15-02-2018, 12:43
10-10-2018, 14:14
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?