Gundemxeber.az » Dünya » 2023-cü ildə regional münaqişələrin sayı dünyada son 30 ilin ən yüksək göstəricisi olub
2023-cü ildə dünyada ən azı 183 regional münaqişə baş verib. Bu, son 30 ilin ən yüksək göstəricisidir.
Gundemxeber.az xarici meidaya istinadla bildirir ki, bu barədə Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS, Böyük Britaniya) hesabatından məlum olub.
Tədqiqatçılar Çin və Tayvan arasında münaqişə riskinə, eləcə də Yaxın Şərqdə müharibənin genişlənməsi risklərinə diqqət yetiriblər.
Ötən illə müqayisədə münaqişələrin qurbanlarının sayı 14 faiz, zorakılıq hallarının sayı isə 28 faiz artıb. Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, dünyada yerli və ya regional dominantlıq edən 459 silahlı qrup var. Onların tam, ya qismən nəzarətində 195 milyon insan var. İqlim böhranı isə münaqişə tərəfləri arasında fikir ayrılıqlarını daha da kəskinləşdirir.
Hesabatda deyilir ki, BMT-nin təsiri təşkilat daxilindəki ölkələr arasında gərginlik səbəbindən zəifləyib. Təhlükəsizlik Şurasında böyük dövlətlər bir-birinin qətnamələrinə veto qoyur və bir sıra məsələlərdə ümumi qərara gələ bilmirlər.
Bundan əvvəl BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Cenevrədə keçirdiyi brifinqdə hazırda dünyada 55 silahlı münaqişənin olduğunu bildirib. Onun sözlərinə görə, bu rəqəm İkinci Dünya müharibəsindən bəri rekorddur
Gundemxeber.az
15-02-2018, 21:36
17-10-2013, 15:35
29-06-2021, 14:23
27-11-2020, 17:09
3-04-2020, 11:55
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?