Gundemxeber.az » Dünya » Pakistanın keçmiş baş naziri Nəvaz Şərif korrupsiya işi üzrə bəraət aldı
İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri və Pakistan Müsəlman Liqasının lideri, 73 yaşlı Nəvaz Şərifə Səudiyyə Ərəbistanındakı “Əl-Əziziyə” polad kompleksinin alınmasına bəyan edilməmiş vəsait ayırdığına görə bəraət qazandıb.
Gundemxeber.az xarici mediaya iistinadla bildirir ki, məhkəmə müdafiə tərəfinin konkret sübutların olmaması ilə bağlı arqumentləri ilə razılaşıb.
“Məhkəmə siyasətçinin “Əl-Əziziyə” kompleksini satın alması ilə bağlı Şərifin 2018-ci il məhkumluğunu etibarsız elan edib”, - hakimlər kollegiyası bildirib.
Qeyd edək ki, vaxtilə İslamabadın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi siyasətçini 7 il həbs, həmçinin 2,5 milyon dollar cərimə cəzasına məhkum edib. Keçmiş baş nazir ona verilən cəzanı siyasi motivli hesab edib. 2019-cu ilin oktyabrında İslamabad Ali Məhkəməsi Şərifi humanitar əsaslarla zaminə buraxıb. Bundan sonra İmran Xanın rəhbərlik etdiyi hökumət ona müalicə üçün səkkiz həftəlik Londona getməsinə icazə verib. Lakin Şərif bu müddətdən sonra Pakistana qayıtmaqdan imtina edib. O, yalnız 2024-cu il fevralın 8-də keçiriləcək parlament seçkiləri üçün seçki kampaniyasına rəhbərlik etmək məqsədilə bu il oktyabrın 21-də Londondan vətənə qayıdıb.
Gundenmxeber.az
28-07-2017, 13:28
14-10-2016, 13:14
14-07-2018, 12:05
12-05-2023, 19:08
14-01-2020, 10:20
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?