Gundemxeber.az » Dünya » Ukraynaya ŞOK - 50 milyardlıq yardımdan MƏHRUM OLDU
Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) Ukraynaya ayırdığı 50 milyard avro dəyərində uzunmüddətli büdcə yardımına veto qoyub.
Gundemxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçi bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Gələn il Aİ sammitində müvafiq hazırlıqdan sonra bu məsələyə qayıdacağıq", - o deyib.
Qeyd edək ki, Ukraynaya 2027-ci ilin sonuna qədər 50 milyard avro məbləğində yardım proqramı Aİ-yə üzv dövlətlərin liderlərinin əsas mövzularından biri olub. Eyni zamanda, Avropa Komissiyası Kiyevə nəzərdə tutulan maliyyə vəsaitindən 33 milyard avronu kredit kimi, 17 milyard avronu isə pulsuz əsaslarla qrant kimi ayıracağını vəd edib.
Proqram Ukrayna büdcəsini doldurmaq üçün nəzərdə tutulub.
Gundemxeber.az
14-03-2018, 20:00
7-10-2016, 00:52
28-02-2014, 13:50
20-12-2014, 23:30
27-12-2022, 17:02
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?