Gundemxeber.az » Dünya » ABŞ husi təhlükəsi ilə mübarizə üçün koalisiya yarada bilər
Birləşmiş Ştatlar Yaxın Şərqdəki tərəfdaşları və müttəfiqləri ilə Yəməndəki husi üsyançılarının yaratdığı təhlükəyə qarşı beynəlxalq koalisiya qurmaq üçün çalışır.
Gundemxeber.az-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Təl-Əvivdə israilli həmkarı Yoav Qalantla birgə mətbuat konfransında deyib.
"Bu hücumlar təhlükəlidir və beynəlxalq hüququ pozur. Buna görə də biz bu təhlükə ilə mübarizədə beynəlxalq koalisiya yaratmaq üçün addımlar atırıq", - Pentaqon rəhbəri bildirib.
O vurğulayıb ki, husilərdən gələn təhlükə beynəlxalq problemdir və müvafiq cavab tədbirləri görülməlidir.
GUNDEMXEBER.AZ
15-08-2019, 12:55
14-12-2018, 14:02
13-07-2018, 22:33
22-10-2014, 21:46
12-12-2016, 20:27
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?