Gundemxeber.az » Dünya » Milyonlarla insanın öldüyü müharibənin başlandığı dəqiq tarix: Gizli teleqramı kim ötürüb?
Rusiyada Yeltsin adına Prezident Kitabxanası 21 iyun 1941-ci ildə Dövlət Təhlükəsizliyi Xalq Komissarlığı rəhbərliyinin Leninqrad vilayətindən aldığı şifrəli teleqramın məzmununu dərc edib. Teleqramda yaxın zamanda Almaniya ilə müharibənin başlanacağı barədə xəbərdarlıq edilib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə kitabxana fondlarının elmi ekspertizası şöbəsinin müdiri, tarix elmləri namizədi Aleksey Voronoviç məlumat verib.
Onun sözlərinə görə, sənəd ilk dəfə təqdim olunub və dövlət təhlükəsizliyi orqanlarının hücumun dəqiq tarixinin göstərildiyi ilk hesabatlarından biridir.
“Sənəd portalımızda daha əvvəl dərc edilmiş və Hitler Almaniyasının planlarını müəyyən etmək istiqamətində dövlət təhlükəsizliyi orqanlarının işini göstərən materiallarla uyğunluq təşkil edir. Materialların araşdırılması zamanı məlum olur ki, Sovet rəhbərliyi hazırlanan hücumdan xəbərdar olub, lakin dəqiq tarixi bilməyib. Tarix isə ancaq 1941-ci il iyunun 20-21-də ortaya çıxıb”, - deyə Voronoviç bildirib.
Teleqram SSRİ Dövlət Təhlükəsizliyi İdarəsinin xalq komissarı Vsevolod Merkulova ünvanlanıb, göndərən şəxsin adı isə Dövlət Təhlükəsizliyi Xalq Komissarlığının Leninqrad vilayəti üzrə şöbəsinin müdiri Pavel Kuprin kimi qeyd edilib.
Kuprin teleqramda bildirib ki, Almaniya konsulluğu iyunun 22-dən əvvəl Leninqraddan səkkiz mütəxəssisin göndərilməsi barədə əmr alıb, çünki “əks halda çox gec olacaq”. Sənədə Sovet kəşfiyyatının konsulluğun kansleri Buxqols və konsul Dinstmandan əldə etdiyi məlumatlar da əlavə olunub ki, burada yaxın iki-dörd gün ərzində hərbi əməliyyatların başlanacağı və təşəbbüskar kimi də Almaniyanın çıxış edəcəyi bildirilib.
“Elə iyunun 21-də, saat 22:10-da Kremldə Almaniyanın yaxın zamanda SSRİ-yə mümkün hücumu ilə bağlı müşavirə keçirilib və təxribatlara boyun əyməmək qərara alınıb. Ehtiyat edirdilər ki, Almaniya iyunun 22-də hansısa təxribat törədə bilər və sovet qoşunları da buna reaksiya verər, bundan sonra isə Hitler SSRİ-ni müharibəyə başlamaq cəhdində ittiham edə bilər. Başqa bir məqam isə odur ki, təqdim olunan teleqram təxminən saat 20:00-da gəlib. İclas keçirilənə qədər, materiallar ötürülənə qədər, əmrlər qərb bölgələrinə gedib çatana qədər vaxt itirilib”, - deyə Voronoviç qeyd edib.
Teleqramın orijinalı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Mərkəzi Arxivində saxlanılır. Onun rəqəmsal versiyası “İkinci Dünya müharibəsi arxiv sənədlərində” kolleksiyasına daxil edilib ki, Voronoviçin sözlərinə görə, hazırda bu kolleksiya 12 mindən çox saxlama vahidinə malikdir və genişlənməyə davam edir.
Gundemxeber.az
7-12-2018, 15:53
10-10-2014, 17:37
4-02-2020, 16:21
8-07-2013, 23:31
7-07-2016, 19:01
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?