Gundemxeber.az » Dünya » Putin MDB-dən olan həmkarları ilə beynəlxalq məsələləri müzakirə edib
Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqun mədəniyyət obyektlərinə səfər zamanı MDB ölkələrindən olan həmkarları ilə ikitərəfli və beynəlxalq məsələləri fəal müzakirə edib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə V.Putin Konstantinovski sarayında MDB-nin qeyri-rəsmi sammitini açarkən bildirib.
“Zaldan zala keçərkən hər biriniz, o cümlədən də mən ikitərəfli və çoxtərəfli formatda cari məsələlər barədə ətraflı söhbət etdik, beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi apardıq”, - o deyib.
Xatırladaq ki, gün ərzində Rusiya Prezidenti və MDB ölkələrindən olan həmkarları Sankt-Peterburqun yaxınlığında yerləşən bir neçə park və saray kompleksinə baş çəkiblər.
“Ümumiyyətlə deyə bilərik ki, biz gün ərzində bir-birimizlə çox məhsuldar ünsiyyətdə oluruq”, - V.Putin bildirib.
O, həmçinin əlavə edib ki, başa çatmaqda olan il MDB üçün son dərəcə aktiv və hadisələrlə zəngin olub.
Gundemxeber.az
2-12-2020, 14:54
21-02-2016, 00:37
19-12-2019, 11:32
28-03-2016, 19:18
21-12-2019, 13:08
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?