Gundemxeber.az » Dünya » Trampın ABŞ-nin daha bir ştatında keçirilən praymerizdə iştirakına icazə verilməyəcək
ABŞ-nin keçmiş prezidenti Donald Trampın Men ştatında Respublikaçılar partiyasının praymerizində iştirakına icazə verilməyəcək.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bundan əvvəl Kolorado Ali Məhkəməsi Donald Trampa 2024-cü ildə prezidentliyə namizəd olmaq üçün Respublikaçılar Partiyasından namizədlər üçün keçirilən yerli seçkidə iştirakını qadağan edib.
Məhkəmə bu qərarı verərkən ABŞ Konstitusiyasına edilən 14-cü Düzəlişin 3-cü bölməsinə istinad edib ki, bu da qiyamda iştirak edənlərin ən yüksək dövlət vəzifəsini tutmasını qadağan edir.
Dekabrın 27-də məlum olub ki, Miçiqan Ali Məhkəməsi prezident seçkisində Respublikaçılar Partiyasının namizədini müəyyən etmək üçün Trampı praymerizdən kənarlaşdırmaqdan imtina edib. Belə ki, apellyasiya şikayətində işə xitam verilməsi ilə bağlı əvvəlki məhkəmə qərarının qüvvədə saxlanılması qərara alınıb.
Gundemxeber.az
10-06-2016, 00:38
6-01-2018, 18:44
5-02-2017, 14:24
24-07-2016, 15:42
28-02-2016, 06:38
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?