Gundemxeber.az » Dünya » Ermənistan MN İrəvanın 2024-cü ildə KTMT təlimlərində iştirakı ilə bağlı məsələyə münasibət bildirib
Ermənistan Müdafiə Nazirliyi İrəvanın 2024-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərində iştirakı məsələsinə münasibət bildirib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə Ermənistan mediası xəbər yayıb.
“KTMT-nin təlimlərində iştirak məsələsi təşkilatın hər bir üzvü tərəfindən birbaşa təlimlərin elan edilməsi mərhələsində həll olunur”, - deyə məlumatda bildirilib.
2023-cü ilin noyabrında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargahının ovaxtkı rəisi, general-polkovnik Anatoli Sidorov 2024-cü ildə KTMT-nin Qazaxıstan və Qırğızıstanda təlimlərinin keçiriləcəyini bildirib. Xüsusilə Qırğızıstanda Kollektiv Çevik Hərəkət Qüvvələri, Qazaxıstanda isə sülhməramlı qüvvələrlə təlimlər planlaşdırılır.
Xatırladaq ki, Ermənistan 2023-cü il oktyabrın 9-13-də Qırğızıstanda keçirilən KTMT-nin “Sarsılmaz qardaşlıq” hərbi təlimlərində iştirakdan imtina edib. Ermənistan rəhbərliyi də təşkilatın iclaslarında iştirak etmir.
Gundemxeber.az
9-10-2017, 12:15
1-09-2018, 16:46
22-11-2018, 14:43
25-11-2022, 16:55
29-04-2016, 17:48
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?