Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Livana səfəri zamanı “Hizbullah” partiyasının nümayəndə heyəti ilə görüşüb.
Mənbə yazır ki, hərəkatın nümayəndə heyətinə Livan Deputatlar Palatasının üzvü Məhəmməd Raad başçılıq edib.
“Hizbullah” nümayəndələri Borrelə məlumat veriblər ki, partiya İsrailin Qəzza zolağına təcavüzü dayandırılana qədər respublikanın cənubundakı vəziyyəti müzakirə etməyəcək.
Xatırladaq ki, Aİ-nin Livandakı missiyası Avropa diplomatiyasının rəhbərinin yanvarın 5-7-də Beyruta səfər edəcəyini və bu səfər zamanı respublika rəhbərliyi ilə Qəzza zolağında vəziyyəti müzakirə edəcəyini açıqlayıb.
Bildirilir ki, J.Borrelin səfərinə, həmçinin Livan ordusunun komandanı general Cozef Aun və Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) komandanı, ispan generalı Aroldo Lazaro Saenzlə görüşlər də daxildir.
Gundemxeber.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?