Gundemxeber.az » Dünya » ABŞ Konqresi son anda Baydeni “xilas etdi”
“Kapitolidə 2024-cü ildə ABŞ hökumətinin maliyyələşdirilməsi üzrə layihə barədə razılığa gəlindi ki, 20 yanvarda hökumətin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın verilməsi nəzərdə tutulurdu”.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bəyanat verib.
Ağ Evin yaydığı bəyanatda dövlət başçısı məsələnin vaxtında həllinə görə Senat və Nümayəndələr Palatasındakı demokratlara təşəkkür edib.
Siyasətçi əlavə edib ki, büdcə ilə bağlı əldə olunan razılaşma mühüm milli maraqların qorunmasına müsbət təsir göstərəcək.
Qeyd edək ki, dekabrın sonunda Co Bayden ABŞ-nin 2024-cü il üçün müdafiə büdcəsini təsdiqləyib ki, bu da rekord 886,3 milyard dollar təşkil edəcək.
Xatırladaq ki, daha əvvəl ABŞ administrasiyasının İnzibati Büdcə İdarəsinin rəhbəri Şalanda Yanq Ağ Ev və Konqresin cari il üçün xərclərlə bağlı razılığa gəlmədiyini, bu səbəbdən də ABŞ hökumətinin yanvarda qismən fəaliyyətini dayandıra biləcəyini bildirib.
GUNDEMXEBER.AZ
9-04-2021, 10:11
10-04-2021, 11:54
12-10-2018, 11:17
25-04-2016, 11:36
19-01-2018, 19:41
Sorğu
Yeni dizaynımız necədir?