Gundemxeber.az » Dünya » “Survivor-2024”ə polis basqını oldu: “İki ölkənin hüquq-mühafizə orqanı bir-birinə qarışdı” - VIDEO
Məşhur türkiyəli iş adamı və teleaparıcı Acun İlıcalı “Survivor All Star-2024” proqramının son bölümündə yarışçılara qarşı həyata keçirilən polis əməliyyatı ilə bağlı açıqlama verib.
“Məni bir çox hadisələr təəccübləndirib, amma bu, digərlərindən daha maraqlıdır. İndiyə qədər belə bir şey görməmişəm. Telefona zəng gəlir, mənə xəbər verirlər ki, Dominikan polisi əməliyyat keçirib və bizimkiləri aparıb”, - deyə o, hadisə barədə xəbər verib.
Acun İlıcalının sözlərinə görə, proqramının iştirakçılarından biri olan Seda Aktuğlu mükafatlandırma mərasiminə gedərkən Kolumbiya hava limanında bir qadına yaxınlaşıb və telefondan istifadə üçün icazə istəyib.
“Atasına göndərdiyi mesajda “Məni qaçırdılar, acam, çətinlik çəkirəm” kimi ifadələr işlətdiyi üçün telefon sahibi baş verənləri səhv başa düşüb. Seda Aktuğlunun qaçırıldığını düşünərək vəziyyəti polisə xəbər verib.
Nəticədə yarış iştirakçılarının olduğu təyyarə Dominikaya çatanda polis göyərtəyə basqın edib və Sedanı aparıb, heç kəsə müdaxilə etməyə imkan verməyib. Seda Aktuğlu hadisəni polisə başa saldıqdan sonra onları təyyarədən düşürüblər”, - deyə Acun bildirib.
“Seda iki ölkənin polis idarələrini bir-birinə qatıb”, - deyə İlıcalı qeyd edib.
İş adamı həmçinin Seda Aktuğlunun cəzalandırıldığını və beş mükafatdan yararlana bilməyəcəyini vurğulayıb.
GUNDEMXEBER,AZ
29-06-2016, 10:46
6-11-2014, 23:16
30-09-2019, 11:30
13-04-2014, 13:15
13-07-2018, 11:49
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?