GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Həmcinsi ilə evlənən 34 yaşlı baş nazirlə bağlı SENSASİON FAKTLAR

Həmcinsi ilə evlənən 34 yaşlı baş nazirlə bağlı SENSASİON FAKTLAR

Tarix: 9-01-2024, 21:58 Bölmə :Dünya Baxış: 286


Xəbər verdiyimiz kimi, Qabriel Attal Fransanın baş naziri təyin olunub.

Fransa tarixində ən gənc baş nazir olan 34 yaşlı Attal Emmanuel Makronun yaxın tərəfdaşlarından biridir və qatı ermənipərəst kimi tanınır.

MACA.png (844 KB)

Ən başlıcası, yeni baş nazir Fransa hakimiyyətində bir ilkə imzə atıb – belə ki, o, cinsi azlıqdır. Attal öz həmcinsi və makronçu Dirçəliş partiyasından Avropa Parlamentində deputat olan Stefan Sejurne ilə vətəndaş nikahında yaşayır.

Qabriel Attal internet məkanında ən çox tənqid olunan şəxslərdən biridir. Özü də etiraf edir ki, identikliyinə görə hər gün çoxsaylı internet istifadəçiləri tərəfindən təhqir olunur.

Hər gün təhqir olunan yeni baş nazir sanki öz acığını müsəlmanlardan çıxmağa çalışır. Oriyentasiyası ilə dünyada ad çıxaran Attal islamofob baxışları ilə də seçilir.

ilyas 1.jpg (33 KB)

Makronun yeni baş naziri haqda danışan politoloq İlyas Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, Qabriel Attal suallarla dolu, eləcə də bir sıra kəskin və xoşagəlməz mövqeyi ilə seçilən şəxsdir:

“34 yaşında 5-ci respublikanın ən gənc baş naziri olan Attal həm də islamofob baxışları ilə seçilir. Ənənəvi qadın müsəlman geyimindən istifadənin qadağan edilməsi məhz Qabriel Attalın sayəsində mümkün olub. Ötən ilin 23 avqustunda belə bir addım atılmışdı və bu, əlbəttə ki, Fransada olan müsəlmanlar tərəfindən də böyük narazılıqla qarşılanmışdı. Qabriel Attalın islamofob yanaşmaları və baxışları əlbəttə, təəssüf doğurur.

Attalın karyerasının inkişafı və çox tez bir zamanda yüksək dövlət postuna yiyələnməsində də Fransanın erməni lobbisinin çox böyük rolu var. Bu, onu deməyə əsas verir ki, Qabriel Attal öz fəaliyyəti dövründə həm də Azərbaycana qarşı erməni lobbisinin diktəsi ilə fəaliyyət göstərəcəkdi.

Biz son illər Makronun ətrafında olan Fransa parlamentinin hər iki palatasında, şəhər idarəçiliyi sistemində ölkəmizə qarşı çoxsaylı çıxışları, açıqlamaları, bəyanatları görmüşük və Attal da istisna olmayacaq. Bu, bir ehtimal olaraq qalır”.

Politoloq qeyd edib ki, Qabriel Attalın şəxsi həyatı və cinsi azlıq olması da internet istifadəçiləri tərəfindən geniş müzakirə olunur:

“Bunun özü də Fransa kimi bir dövlətə utanc verən bir hadisədir. Lakin belə görünür ki, Makron yalnız bu tipli şəxslərə üstünlük verir. Belə cinsi oriyentasiyası olan insanları seçir, onları təyin edir, baxmayaraq ki, onun vəzifəyə təyinatından öncə də buraxılan nöqsanlar, səhvlər geniş rezonans doğurmuşdu, narahatlığa səbəb olmuşdu, lakin Emmanuel Makron belə şəxslərə etimad edir. Belə şəxslərlə hökuməti idarə etmək əzmindədir. Heç şübhəsiz ki, bu, Fransa dövlətinin nüfuzuna, imicinə və idarəçilik sisteminə də bir zərbə kimi qiymətləndiriləcək. Amma Makron belə idarəçilik sistemində təyin etdiyi kadrlardan çox məmnundur. Bu da hətta Fransa haqqında məlumatsız adamların bu ölkədə kadr siyasəti ilə bağlı, Makronun dövlət idarəçiliyi fəlsəfəsilə bağlı bütün ehtimalları üzə çıxarır və onu deməyə əsas verir ki, Fransa dövlətində cinsi azlıqlara olan etimad ən yüksək səviyyədədir”.

zaur.jpg (49 KB)

Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədovun sözlərinə görə, çox təəssüflər olsun ki, biz hazırda Avropa İttifaqının əsas mərkəzi ölkəsi sayılan Fransanın tarixində maraqlı və əslində hansısa mənada faciəvi mərhələyə qədəm qoyduğunu görürük:

“Çünki Fransanın çox böyük tarixi var. Fransa dünya ədəbiyyatında, dünya tarixində, mədəniyyətində xüsusi yerdə olub. Amma bu gün Emmanuel Makronun başçılığı altında bu ölkədə aparılan daxili siyasət, bu ölkənin xarici siyasəti 21-ci əsrdə elan olunan bəşəri prinsiplərlə üs-üstə düşmür. Biz bilirik ki, Fransa hazırda daxili siyasətində ciddi şəkildə problemlərlə qarışıb. Bu, o Makron hökumətidir ki, Avropa İttifaqının problemlərini və çağırışlarını həll etmək əvəzinə, Fransanın qarşısında dayanan çağırışları həll etmək əvəzinə Cənubi Qafqazda – harada ki, onun təsir imkanları kifayət qədər zəifdir, ora təsir etmək, buradakı proseslərə təzyiq etmək istiqamətində mühüm işlər aparılırdı. Eyni zamanda Fransanın neoimperialist və müstəmləkəçi siyasəti də hər kəsə məlumdur. Keçmiş baş nazir də müəyyən mənada daim ermənilərə dəstək verirdi və onun sferası, funksiyası olmayan məsələlərə müdaxilə etməyə cəhd göstərirdi”.

Politoloq vurğulayıb ki, yeni təyin olunan baş nazir tamamilə Qərb ölkələrinə uyğun trendin bir simasıdır:

“Biz bilirik ki, Qərbdə demək olar ki, tamamilə leqal şəkildə cinsi azlıqlarla bağlı yeni siyasətin əsası qoyulub. Bu siyasət də bu məsələni tədricən qloballaşdırmaqdan ibarətdir. Biz artıq həmin şəxsləri siyasi səhnəyə gətirmələrinin şahidi olmaqdayıq. Nəticə etibarilə dünyadakı demoqrafiyaya təsir etmək, dünya xalqlarının milli identikliyini dəyişmək, tədricən milliyyət və millilik məfhumlarını tamamilə insanlığa uyğun olmayan kateqoriyalarla əvəzləməkdən ibarətdir.

Qabriel Attalın hansı dünyagörüşünə malik olması heç kimə sirr deyil. Əlbəttə, Fransanı hazırda böyük çağırışlar gözləyir və bu çağırışları baş nazir kimi Attal həll etməlidir. Hansı ki, müsəlmanlara qarşı islamofobluğu ilə seçilir. O da Emmanuel Makron kimi ermənilərə rəğbəti ilə seçilən şəxsdir. Belə bir reallıqda görək, bundan sonrakı proseslər hansı istiqamət alacaq. Amma çətin ki, Fransadakı indiki hakimiyyət gələcək aylar ərzində bu və digər çağırışları həll etsin. Çox güman ki, Fransada növbəti seçkilərdə artıq biz yeni siyasi baxışın qalib gəlməsini görmüş olacağıq”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fransa: Bayden və Makron Avstraliya Sualtı Gəmi Paktının ləğvini müzakirə edəcək

    Fransa: Bayden və Makron Avstraliya Sualtı Gəmi ...

    21-09-2021, 15:08

  • 
  • Fransa: Bayden və Makron Avstraliya Sualtı Gəmi Paktının ləğvini müzakirə edəcək

    Fransa: Bayden və Makron Avstraliya Sualtı Gəmi ...

    20-09-2021, 12:29

  • 
  • 21 yaşlı aktrisa həmcinsi ilə eşq yaşayır - Fotolar

    21 yaşlı aktrisa həmcinsi ilə eşq yaşayır - ...

    7-12-2018, 23:05

  • 
  • Türk siyasətçi Makronun komandasında

    Türk siyasətçi Makronun komandasında ...

    10-05-2017, 23:57

  • 
  • Ərdoğana yasaq qoyub... – Almaniyadan ŞOK ETİRAF

    Ərdoğana yasaq qoyub... – Almaniyadan ŞOK ETİRAF ...

    1-07-2017, 19:10


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (471)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu