GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Homoseksual, dikbaş ermənipərəst, mini-Makron: Fransanın yeni baş naziri

Homoseksual, dikbaş ermənipərəst, mini-Makron: Fransanın yeni baş naziri

Tarix: 9-01-2024, 23:45 Bölmə :Dünya Baxış: 222


Fransada bir müddətdir davam edən hökumət böhranı yeni fazaya qədəm qoyub.

Məlum olub ki, baş nazir Elizabet Born istefa verib. Bu istefa Makron hökumətinin artıq tənəzzül dövrünün pik həddində olduğunu bir daha sübut edir. Çünki Emmanuelin hakimiyyətdə olduğu yeddi il ərzində Borndan əlavə üç baş nazir də istefa verib.

Makron hakimiyyətinin iflası - etirazlar, siyasi təzyiqlər

Son illər Fransanı bürüyən etirazlar, siyasi təzyiqlər, Afrikadakı problemlər, müstəmləkələrdə baş verən iğtişaşlar, səfirlərin qovulması kimi hallar əslində Makron hökumətinin iflasa uğramasından xəbər verir. Gözlənilən kadr dəyişikliyi bu yay Paris Olimpiadası və Avropa Parlamentinə seçkilər ərəfəsində baş verir, burada Makronun mərkəzçi qüvvələri Marin Le Penin rəhbərlik etdiyi ifrat sağçılar tərəfindən məğlub olmaq riski daşıyır.

Bornun istefasından sonra isə Fransa prezidenti yeni baş nazir təyin edib. Bu, 34 yaşlı Qabriel Attaldır. Siyasi dairələrdə ərköyün varlı uşaq, Makronun davamçısı kimi tanınan Qabriel eyni zamanda homoseksualdır və tarixi inqilablarla zəngin Fransanın ən yeni tarixinə ilk açıq homoseksual kimi düşmək şansına sahib olub.

Attal artıq siyasi dairələrdə prezident postuna potensial namizəd kimi qəbul edilir. Makronist Dirçəliş partiyasından Avropa Parlamentində deputat olan Stefan Sejurne ilə vətəndaş nikahında yaşayan siyasətçi qatı ermənipərəst kimi də tanınır. Cütlük Parisdə bir mənzildə birlikdə yaşayır. Amma maraqlı bir fakt var ki, siyasətçi bir müddət müğənni qadın Coys Conatanla da sevgi macərası yaşayıb. Cütlüyün ehtiraslı sevgi romanı barədə Parisin bulvar qəzetlərində məqalələr yazılıb. Amma sonradan siyasətə atıldıqdan sonra, yəni nazir təyin edildikdə qəflətən orientasiyasını dəyişərək Stefanla evlənmək qərarına gəlir. Eyni zamanda qeyd etmək yerinə düşər ki, siyasi fəal Xuan Branko keçmiş sinif yoldaşını ifşa edərək onun homoseksual olduğunu 2018-ci ildə aləmə car çəkib.

Kimdir Attal? Onun atası İv Attal əslən Tunisdəndir. Anası Mari de Kuriss isə Odessadan qaçan emiqrant ailəsinin övladıdır.

Siyasi karyerası boyu dəfələrlə sosial şəbəkələrdə antisemit və homofob bəyanatların hədəfinə çevrilib. O, bunu etiraf etməkdən də utanmır. Eyni zamanda Makronla da oxşarlıqları kifayət qədər çoxdur. Attal 9 yaşı olanda sinif qarşısında çıxışını evdə videolentə alaraq bu günə qədər saxlayıb. Müəllimi Bricitə aşiq olan Makron da uşaqlıqda məktəb dövründə aktyorluqla məşğul olub. Təsadüfi deyil ki, bu oxşarlıq da əslində saxtadır. Çünki Attalın sinif yoldaşlarından biri xatirələrində belə deyib: “Qabriel, müdirinin izi ilə getməyi sevən mini-Makrona bənzəyir. İnsanlar təmiz obrazı sevirlər, lakin Gabriel əslində daha qeyri-ənənəvidir və ənənəvi dəyərlərə meydan oxumaqdan xoşbəxtdir. Attal 2008-ci ildə lentə alınan “Gözəl əncir ağacı” və 2019-cu il istehsalı olan “Sizin növbəniz danışır” kimi filmlərdə epizodik rollara çəkilib.

Bundan əlavə Fransa siyasətində opponentləri onu harınlamış varlı uşağı kimi xarakterizə edirlər. Bunu deməyə isə əsasları var. 2020-2021-ci ildə dünya COVID-19 pandemiyası ilə mübarizə aparırdı və qapanmalar tətbiq olunurdu. O dövrdə isə Attal hökumətin nümayəndəsi postunu tutsa da, baş verən qalmaqalın mərkəzinə düşməyi bacarmışdı.

Məsələ burasındadır ki, Fransanın M6 telekanalı gizli kamera ilə Parisin prestijli yaşayış məntəqələrindən birində yerləşən dəbdəbəli klubdan reportaj hazırlayaraq efirə verir. Məlum olur ki, hər yer qapalı olsa da, bu gizli məkan nazirlər və deputatlar üçün fəaliyyət göstərir. Menyunun qiyməti isə adambaşına 160-490 avro arasında dəyişib. Məkana girənlər maskalarını çıxarır. Nə ofisiantlar, nə də müştərilər tibbi maskadan istifadə edir, sosial məsafə gözləyir. Klub isə hər gün nahar və şam yeməyi üçün qonaqlarına qapılarını açır. Məkanın sahibi isə fevral ayının sonunda hakimiyyətdəki dostlarından, xüsusən də Qabriel Atalldan ağızdolusu danışır, məkanına gələcəyini bildirir.

Göründüyü kimi, pandemiya dövründə hökumətin nümayəndəsi olan şəxs özü qoyduğu qaydaları şəxsi ambisiyaları, zövqü üçün tapdayır. Belə bir insan Fransa hökumətini hansı meyar və dəyərlərlə idarə edəcək?

Radikal islamofob, qərəzli siyasətçi, erməni lobbisinin əlaltısı

Maraqlıdır ki, Qabrielin qalmaqalları bununla da bitmir. Fransada təhsil naziri təyin ediləndən bir müddət sonra, ötən il 27 avqust tarixində təhsil müəssisələrində ənənəvi qadın müsəlman geyimindən istifadəni qadağan edib. Bu isə ölkədə böyük qalmaqala və tənqidlərə, ciddi narazılıqlara səbəb olmuşdu. Onun bu addımı “Yaşıllar” və sol görüşlü partiyalar tərəfindən ciddi tənqid edilərək növbəti absurd və qadın geyimi üzərindən süni dini savaş kimi xarakterizə edilib. Bu, islamofobiyadan başqa bir şey deyil. Əhalisinin önəmli bir hissəsi müsəlman ölkənin baş nazirinin islamofob olması yəqin ki, yaxşı hal sayılmır.

Əlavə etmək yerinə düşər ki, Attal ermənipərəstdir və siyasi dairələrdə karyera yüksəlişində erməni lobbisinin xüsusi xidməti var. Bu xidmət qarşılığında isə siyasətçi əlinə fürsət və uyğun tribuna düşən kimi Azərbaycan əleyhinə bəyanatlar səsləndirməklə “təşəkkür edib”.

Məsələn, 2021-ci ilin 18 may tarixində hökumətin nümayəndəsi olan Qabriel Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) Fransa Milli Assambleyasının binası qarşısında Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin azad edilməsi tələbi ilə təşkil etdiyi toplantıda cani-qəlbdən iştirak edib. Qabriel Attal Azərbaycanın Ermənistan ərazisi ilə bağlı təxribatına ilk olaraq Fransa prezidenti Emmanuel Makronun cavab verdiyini və aydın bəyanatla çıxış etdiyini bildirib.

Siyasətçi qeyd edib ki, onlar aşağıdakı əsas prioritetləri rəhbər tutaraq fəaliyyətini davam etdirəcəklər: beynəlxalq hüquqa zidd olaraq yeni işğala məruz qalan Ermənistan ərazisinin bütövlüyünü qorumaq, erməni əsirlərinin probleminin həlli yolunu tapmaq. Bəyanatdan da göründüyü kimi, “müdiri” Emmanuel Makronun siyasi xəttini davam etdirərək, ermənipərəst mövqedən çıxış edir və 2-3 cümləlik çıxışı qərəz və böhtanlarla doludur. Birincisi, sözügedən hadisələrdə təxribatın Ermənistan ordusu tərəfindən törədildiyini hər halda çox gözəl bilir. Çünki Avropa İttifaqı müşahidəçiləri Qərbi məlumatlarla tam təmin edirlər. İkincisi, Azərbaycan dəfələrlə Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını müxtəlif platformalarda müxtəlif rəsmiləri tərəfindən bəyan edib. Siyasətə atılan şəxsin açıqlama verdiyi məsələ barədə bu qədər məlumatsız olması fransız siyasətçi üçün utancvericidir. Üçüncüsü, Azərbaycanda hərbi əsir yoxdur. Saxlanılan şəxslər müharibədən sonrakı dövrdə ölkəmizin ərazisinə silahla soxulduqları üçün tutulublar və layiqli cəzalarını gözləyirlər.

Yuxarıda sadalananlardan məlum olur ki, islamofob, homoseksual, ermənipərəst bir şəxsin Fransa nazirlər kabinetinə rəhbər təyin olunması, 2027-ci ildə prezident postuna ümidlənməsi Yelisey sarayını daha da uçuruma aparacaq siyasi gedişdir. Əgər hadisələr bu tendensiya ilə davam etsə, yaxın illərdə Fransadakı sosial, daxili problemlər daha da dərinləşəcək və xarici siyasət uğursuzluqları bir-birini əvəz edəcək./report.az/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nikol buna görə Makrona yalvarıbmış - Papazyan

    Nikol buna görə Makrona yalvarıbmış - Papazyan ...

    2-06-2021, 14:20

  • 
  • Trampın güvəndiyi dağlara qar yağdı — Makronun tənqidi

    Trampın güvəndiyi dağlara qar yağdı — Makronun ...

    26-04-2018, 12:34

  • 
  • Fransada həyəcana son  qoyuldu: Makron prezident oldu…

    Fransada həyəcana son qoyuldu: Makron prezident ...

    8-05-2017, 19:56

  • 
  • Fransada ikinci tur prezident seçkilərində Makron qalib gəlib - YENİLƏNİB

    Fransada ikinci tur prezident seçkilərində Makron ...

    7-05-2017, 23:16

  • 
  • Fransada hökumət istefaya göndərilib

    Fransada hökumət istefaya göndərilib ...

    25-08-2014, 23:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (471)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu