Gundemxeber.az » Dünya » İranın Sistan və Bəlucistan əyalətində daha bir polis öldürüldü - Foto
Dünən gecə saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Rask şəhərində polis bölməsinə silahlı hücum edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Verilən məlumata görə, baş verən silahlı toqquşma nəticəsində Əmirhüseyn Hüseynabadi adlı FƏRACA (İranın Hüquq-Mühafizə Qüvvələrinin Komandanlığı) polis heyətinin əməkdaşı öldürülüb.
Qeyd olunur ki, şəhərdə gecə boyu eşidilən atışma səsləri üç saat davam edib.
Xatırladaq ki, ötən ilin dekabrın 15-də bir qrup silahlı şəxs İranın cənub-şərqində yerləşən Rask şəhərində polis idarəsinə hücum edib. Nəticədə 12 polis əməkdaşı öldürülüb.
Gundemxeber.az
24-07-2013, 11:28
15-12-2023, 10:58
9-09-2015, 12:30
11-01-2017, 01:07
22-03-2017, 22:13
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?