"Qazprombank”ın keçmiş vitse-prezidenti İqor Volobuyev axtarışa verilib.
Gundemxeber.az xarici KiV-nə istinadən bildirir ki, bu barədə məlumat ölkəninDaxili İşlər Nazirliyinin idarə məlumat bazasında yerləşdirilib. Lakin onun hansı maddə ilə məsuliyyətə cəlb olunduğu barədə məlumat verilmir. Xatırladaq ki, bundan əvvəl, 2023-cü il oktyabrın 13-də Ədliyyə Nazirliyi Volobuyevi xarici agent kimi tanıyıb. Departamentin məlumatına görə, o, açıq şəkildə Ukrayna hakimiyyətini dəstəkləyib, xüsusi əməliyyat barədə mənfi danışıb və hətta Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə qoşulub. Məlumdur ki, Volobuev hazırda Rusiyada yaşamır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?