A-50 uzaqmənzilli radar aşkarlayıcı təyyarəsi və İl-22 hava idarəetmə məntəqəsi Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə rusiyalı blogerlər və Teleqram kanalları məlumat yayıblar.
“Rıbar” hərbiyönlü Teleqram kanalı yazıb ki, əgər A-50-nin vurulması təsdiqlənərsə, bu, Rusiya Hava Kosmik və Hava Hücumundan Müdafiə qüvvələri üçün növbəti qara günlərdən biri olacaq.
Kanal xatırladıb ki, bu tip təyyarələrin mütəxəssisləri barmaqla sayılacaq qədərdir və təyyarələrin özləri də elə çox deyil.
Rusiyalı hərbi müxbir Yuri Kotenok Rusiya hava hücumundan müdafiə sistemlərinin normal işləmədiyini yazıb.
Qeyd olunub ki, bu, Rusiya təyyarələrinin öz HHM sistemləri tərəfindən vurulması ilə bağlı ilk hadisə deyil. Rusiyalı hərbi müxbirlər 2023-cü ilin 6 oktyabrında bir təyyarənin vurulduğunu yazmışdılar. Britaniya kəşfiyyatı da 2023-cü ilin sentyabrın 28-də Tokmak rayonunda Su-35S təyyarəsinin rus HHM sistemləri tərəfindən vurulduğunu yazmışdı.
“Rıbar” kanalı bildirib ki, pis səviyyədə qarşılıqlı əlaqə və pozulmuş tanınma sistemi yazdan bəri itirilən Su-34, Su-35S və Su-30SM təyyarələri, eləcə də Ka-52 helikopterlərinin Rusiya HHM sisteminin “hesabına” yazılmasına gətirib çıxarıb.
Daha bir Rusiya Teleqram kanalı “Voennıy osvedomıtel” də bildirir ki, Rusiya təyyarələri tez-tez arxa cəbhədə hücuma məruz qalırlar.
Nə Rusiya, nə də Ukrayna rəhbərliyi məsələ ilə bağlı heç bir açıqlama verməyib. Dünən Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı isə A-50 və İl-22 A-50 təyyarələrinin ukraynalı hərbçilər tərəfindən vurulduğunu bildirib.
Qeyd edək ki, A-50 uzaqmənzilli radar aşkarlayıcı təyyarəsinin qoyməti 300 milyon dollardan çoxdur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?