Gundemxeber.az » Dünya » Fələstin bəyanat verdi: “Qəzza zolağını dərhal nəzarət altına götürməyə hazırıq”
“Fələstin administrasiyası İordan çayının qərb sahili və Şərqi Qüdslə birlikdə bütün Qəzza bölgəsini nəzarətə götürə bilər”.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu sözləri Fələstinin Böyük Britaniyadakı səfiri Husam Zomlot paytaxt Londonda deyib.
“İndi tam vaxtıdır: Fələstin hakimiyyəti İordan çayının qərb sahili, şərqi Qüds və Qəzza zolağının bütün ərazisini dərhal nəzarətə götürməyə hazırdır. Biz Qəzza probleminin hər hansı hərbi və ya qismən həlli variantlarını rədd edirik. Qəzza Fələstin dövlətinin ayrılmaz hissəsidir və biz İsrailin bu zolağı digər ərazilərdən ayırmaq istəyinə qarşıyıq”, - deyə Husam Zomlot qeyd edib.
Qeyd edək ki, ötən həftə Fələstinin radikal HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Qəzza və İordan çayının qərb sahili üçün vahid Fələstin administrasiyası “ideyasına açıq” olduğunu bildirib.
Zomlotun sözlərinə görə, fələstinlilər İsrailin anklavını digər Fələstin ərazilərindən ayrı bir qurum kimi qəbul etmək cəhdlərini rədd edəcək və onların birləşməsi üçün münaqişənin bitməsini gözləməyə ehtiyac yoxdur.
Gundemxeber.az
8-12-2017, 20:33
27-09-2019, 14:34
10-12-2017, 14:34
30-03-2018, 21:07
6-05-2016, 02:25
Sorğu
Yeni dizaynımız necədir?