Gundemxeber.az » Dünya » Rusiya Qərbi 288 milyard dollar itki ilə hədələyir
Gundemxeber.az-in xarici mediaya istinadla məlumatına görə, “Böyük Yeddilik”in (G7) liderləri fevralın sonunda Moskvanın Ukraynaya təcavüzünün ildönümündə Ukraynanın bərpasına kömək etmək üçün Belçikada və digər Avropa şəhərlərində dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi niyyətləri ilə bağlı daha sərt bəyanatı vermək barədə razılaşacaqlar.
Onların əldə etdiyi məlumata görə, Avropa İttifaqı (Aİ), G7 ölkələri, Avstraliya və İsveçrənin Rusiya iqtisadiyyatına birbaşa investisiyaları 2022-ci ilin sonuna 288 milyard ABŞ dolları təşkil edib. Aİ ölkələrinin 223,3 milyard dollarlıq aktivləri var ki, bunun da 98,3 milyard dolları rəsmi olaraq Kiprə, 50,1 milyard dolları Hollandiyaya, 17,3 milyard dolları isə Almaniyaya məxsusdur. Rusiya iqtisadiyyatına ən böyük Avropa investorlarının beşliyinə həmçinin aktivləri və investisiyaları 16,6 milyard ABŞ dolları olan Fransa və 12,9 milyard ABŞ dolları ilə İtaliya daxildir. Böyük Britaniyanın Rusiyadakı aktivlərinin 2021-ci ilin sonunda təqribən 18,9 milyard dollar
olduğunu göstərən məlumatlara əsaslanaraq, G7 ölkələri arasında Böyük Britaniya ən böyük investorlardan biri kimi qeyd edilib. “RİA Novosti”nin məlumatına görə, 2022-ci ilin sonunda ABŞ 9,6 milyard dollar, Yaponiya 4,6 milyard dollar, Kanada isə 2,9 milyard dollar dəyərində Rusiya aktivlərinə sahib olub. Tez-tez anti-Rusiya tədbirləri həyata keçirən İsveçrə və Norveç 2022-ci ilin sonunda müvafiq olaraq 28,5 milyard dollar və 139 milyon dollar sərmayə qoyub, məlumatlar isə Avstraliyanın ötən ilin sonunda 683 milyon dollar sərmayə qoyduğunu göstərir.
Gundemxeber.az
16-07-2020, 15:42
14-02-2017, 23:19
24-05-2018, 22:44
13-03-2020, 13:10
9-06-2016, 16:40
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?