Gundemxeber.az » Dünya » Ukrayna kəşfiyyatından təyyarə qəzası ilə bağlı ŞOK AÇIQLAMA
"Ukrayna yanvarın 24-ü Rusiya ilə hərbi əsir mübadiləsi aparmağa hazırlaşırdı".
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.
O əlavə edib: "Bu günə planlaşdırılan mübadilə hələ ki, baş tutmur. Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan İl-76 hərbi təyyarəsinin göyərtəsində guya ukraynalı əsirlərin olması ilə bağlı iddiası hazırda Baş Kəşfiyyat İdarəsi tərəfindən yoxlanılır".
Ukrayna mətbuatı yazır ki, 8000-dən çox ukraynalı Rusiyada əsirlikdədir. Onların arasında mülki şəxslər də var. Bu günə kimi 49 mübadilə prosesində 2681-i hərbçi, 147-si mülki olmaqla 2828 nəfər evlərinə qaytarılıb, lakin daha on minlərlə həm mülki, həm də hərbi əsir itkin düşmüş şəxslər siyahısındadır.
Gundemxeber.az
14-01-2015, 14:16
25-11-2022, 11:31
1-03-2016, 18:41
9-12-2019, 15:06
4-10-2019, 14:39
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?