GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » NATO-da “İsveç kartı” ilə qəliz manevr: Ərdoğan riskə gedir, ABŞ məkrli planlar qurur

NATO-da “İsveç kartı” ilə qəliz manevr: Ərdoğan riskə gedir, ABŞ məkrli planlar qurur

Tarix: 24-01-2024, 19:34 Bölmə :Dünya Baxış: 140


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO üzvlüyü prosesində olduqca ciddi qərarlarla həlledici mərhələyə start vermək üzrədir, rəsmi Ankara geopolitik oyunun şərtlərini açıq müstəviyə çıxarır... ABŞ Türkiyəyə verdiyi vədlərə sadiq qalmayaraq, rəsmi Ankaraya qarşı hiyləgər bəhanələr icad etmək vərdişlərini davam etdirsə, NATO üzrə iki müttəfiqin münasibətlərində çatlar daha da dərinləşə bilər...


NATO-nun genişlənməsi prosesində növbəti addım atılıb. Belə ki, Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyü ilə bağlı müraciətini ratifikasiya edib. Bununla da İsveçin NATO-nun “qapıları” ağzında çəkdiyi növbənin sona çatması istiqamətində müəyyən irəliləyiş hər halda, baş tutmuş sayıla bilər. Rəsmi Ankaranın bu addımı həm NATO- rəhbərliyində, həm də İsveç hakimiyyət dairələrində məmnunluqla qarşılanıb. Və artıq NATO-nun sıralarına daha bir dövlətin qatılacağı qətiyyən şübhə doğurmur.

İsveçin baş naziri Ulf Kristerssen Türkiyə parlamentinin qərarına “Biz NATO-ya tamhüquqlu üzvlüyü istiqamətində daha bir addım irəlilədik” məzmunlu açıqlama ilə reaksiya verib. NATO baş katibi Yens Stoltenberq isə Türkiyə parlamentinin qərarını alqışlayıb, Macarıstanı da analoji addımın atılmasına çağırıb: “Ümid edirəm ki, Macarıstan da ən qısa zamanda İsveçin NATO üzvlüyünü təsdiqləyəcək. Çünki İsveçin üzv olması ilə NATO daha da güclənəcək və bizim təhlükəsizlik imkanlarımız genişlənəcək”.

2086beb3ad198dc810a6ea8aae0a3eed.jpg (94 KB)

Məsələ ondadır ki, İsveçin NATO üzvlüyü ilə bağlı müraciəti Macarıstan tərəfindən də ratifikasiya edilməyib. Bu ölkənin baş naziri Viktor Orban isveçli həmkarını rəsmi Budaşeşti narahat edən məsələləri müzakirə etmək üçün Macarıstan paytaxtına dəvət edib. Ancaq nə qədər qəribə də olsa, İsveçin baş nazirinin əvəzinə bu ölkənin xarici işlər naziri bildirib ki, indiki mərhələdə Macarıstanla müzakirələrə səbəb görülmür.

Böyük ehtimalla rəsmi Stokholm Türkiyənin mövqeyindən tamamilə məmnun olduğu üçün Macarıstanın İsveçə NATO “qapıları”nı bağlı saxlaya bilməyəcəyindən tamamilə əmindir. Çünki Qərb siyasi dairələrində belə qənaət mövcuddur ki, Türkiyə və Macarıstan İsveçin NATO-ya üzvlük məsələsində razılaşdırılmış ortaq mövqedən çıxış edirlər. Və əgər, Türkiyə İsveçə NATO “qapıları”nı açmağa qərar veribsə, Macarıstan buna əngəl olmayacaq.

Ancaq bəzi ehtimallara görə, rəsmi Stokholmun İsveçin NATO üzvlüyünə tam inamı indiki situasiyada bir qədər şişirdilmiş xarakter də daşımış ola bilər. Çünki Türkiyə parlamentinin ratifikasiya qərarının hüquqi qüvvə qazanması üçün həmin sənədin məhz prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanması lazımdır. Türkiyə prezidentinin imzası üçün isə müəyyən şərtlərin ödənməsi vacibdir. Və bu baxımdan, rəsmi Ankaranın İsveçin NATO üzvlüyünü artıq ən son mərhələyə keçirtməklə, müəyyən mənada, riskli addım atdığını da düşünmək olar.

743220Image1.jpg (148 KB)

Bu məsələdə ən önəmli məqam ondan ibarətdir ki, ABŞ İsveçin NATO-ya üzvlük müraciətinin ən qısa zamanda ratifikasiyasının qarşılığında Türkiyəyə “F-16” döyüş təyyarələrinin modifikasiya olunmuş yeni modellərini satmağı vəd edib. Türkiyə parlamenti İsveçi NATO üzvlüyünə maksimum səviyyədə yaxınlaşdırsa da, ABŞ rəsmi Ankaraya “F-16” döyüş təyyarələri ilə bağlı vədlərini hələ də yerinə yetirməyib. Və prezident Rəcəb Tayyib Ərdoğanın ratifikasiya sənədini nə vaxt imzalayacağı da böyük ölçüdə Ağ Evin öz öhdəlikləri ilə bağlı davranışlarından asılı ola bilər.

Maraqlıdır ki, rəsmi Ankaranın Ağ Evə ABŞ-ın öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə, Türkiyə prezidentinin imza məsələsini təxirə sala biləcəyi barədə mesaj göndərdiyi də bildirilir. Yəni, Ağ Ev Türkiyəyə “F-16” döyüş təyyarələrinin satışına icazə alınması prosesini mümkün qədər sürətləndirməli olacaq. Halbuki, ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsinin rəhbəri Ben Kardin artıq bəyan edib ki, Konqres bu məsələ ilə bağlı qərarın verilməsi üçün İsveçin NATO üzvlüyü prosesinin tam və müsbət yekunlaşmasını gözləyir. Və bu, o deməkdir ki, ABŞ Konqresində Türkiyə əleyhinə olan bəzi qruplar rəsmi Ankaranın “F-16” döyüş təyyarələrini aldıqdan sonra belə, İsveçin NATO üzvlüyü ilə bağlı prosesi digər ziddiyyətli problemləri səbəb göstərməklə, uzada biləcəyini istisna etmirlər.

Məsələ ondadır ki, rəsmi Ankara və Ağ Ev arasındakı kəskin ziddiyətləri doğuran problemlərin sırasında ABŞ-ın Suriya və İraqda Türkiyə əleyhinə fəaliyyət göstərən terrorçu qruplaşmaları, xüsusilə də, PKK/YPG-ni himayə etməsi önəmli yer tutur. Türkiyənin bütün sərt etirazlarına baxmayaraq, Ağ Ev terrorçu PKK/YPG-ni ABŞ-ın bölgədə əsas tərəfdaşı hesab edir. Halbuki, ABŞ-ın bu mövqeyi NATO üzrə müttəfiqlik öhdəlikləri ilə kəskin ziddiyyət təşkil edir. Və bu baxımdan, rəsmi Ankaranın PKK/YPG-ni himayə edən ABŞ-ı müttəfiqlik prinsiplərini kobud şəkildə pozmaqda suçlaması tamamilə başadüşüləndir.

452eefa4-220d-42dc-a7b5-7624cb6245f9.jpg (252 KB)

Ancaq bütün bunlara baxmayaraq, ABŞ siyasi dairələrinin rəsmi Ankaraya münasibətdə sürəkli olaraq, müxtəlif bəhanələr icad etməsi tamamilə yersizdir. Çünki bu ilin yaz aylarında NATO-nun “soyuq müharibə” dövründən sonra ilk genişmiqyaslı hərbi təlimlərinin keçirilməsi nəzərdə tutulub. Hərbi təlimlərin əhatə edəcəyi ərazilərə İsveç də daxil edildiyindən rəsmi Ankara bu ölkənin NATO üzvlüyü ilə bağlı tam vaxtında addım atmaq qərarına gəlib.

Bu baxımdan, əslində, rəsmi Ankaranın ratifikasiya qərarının özü Türkiyənin maraqları nəzərə alındıqda, daha riskli mövqe təsiri bağışlayır. Çünki adətən, öz öhdəliklərini yerinə yetirməyi unutmaq vərdişləri olan ABŞ-ın prezident Rəcəb Tayyib Ərdoğanın İsveçlə bağlı parlament qərarını imzalamasından sonra Türkiyəyə “F-16” döyüş təyyarələrini satmamaq üçün yeni bəhanələr icad edə biləcəyi də qətiyyən istisna deyil. Və ona görə də, hazırda Türkiyənin ABŞ-a etimad göstərməməsi üçün daha tuturlı səbəbləri mövcuddur.  

Belə anlaşılır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO üzvlüyü prosesində olduqca ciddi qərarlar vermək üzrədir. Üstəlik, Türkiyə prezidentinin verəcəyi qərarlar həm də böyük risk xarakteri də daşıyır. Çünki rəsmi Ankara ilə anlaşmalara qətiyyən sadiq olmayan ABŞ Türkiyəyə verdiyi vədlərlə bağlı yenidən hiyləgər oyunlara və məkrli planlara başlaya bilər. Və bu halda, Türkiyə-ABŞ münasibətlərində çatların dərinləşə biləcəyi də qətiyyən şübhə doğurmur./musavat.com


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya etməyə razıdır

    Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyünü ...

    29-03-2023, 16:30

  • 
  • "Ərdoğan NATO-dan qovulsun!"

    "Ərdoğan NATO-dan qovulsun!" ...

    25-02-2016, 12:48

  • 
  • NATO-nun baş katibi bir daha Ərdoğandan üzr istəyib

    NATO-nun baş katibi bir daha Ərdoğandan üzr ...

    19-11-2017, 17:43

  • 
  • İsrail NATO-da daimi nümayəndəlik açdı

    İsrail NATO-da daimi nümayəndəlik açdı ...

    20-09-2016, 14:05

  • 
  • Azərbaycan NATO-nun vacib tərəfdaşıdır

    Azərbaycan NATO-nun vacib tərəfdaşıdır ...

    7-03-2016, 13:36


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (479)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu