Rusiya prezidenti Vladimir Putin Rusiyanın “Best Resolution” şirkətinə ukraynalı milyarder Rinat Axmetovun keçmiş kömür aktivlərinin yüz faizini almaq səlahiyyəti verib.
Gundemxeber.az bildirir ki, söhbət “Donskoy Antrasit” və “Obuxovskaya Mədən İdarəsi” səhmdar cəmiyyətlərindən gedir. Putinin imzaladığı rəsmi sənəddə deyilir ki, prezidentin sərəncamı “bəzi xarici dövlətlərin və beynəlxalq təşkilatların qeyri-dost hərəkətləri ilə əlaqədar maliyyə və yanacaq-energetika sektorlarında xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında” 2022-ci il avqust tarixli fərmanına uyğun olaraq verilir. “Kommersant” nəşri yazır ki, Rinat Axmetov hər iki şirkəti 2012-ci ildə alıb. Ötən ilin mayında Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra onların borclarına görə Sberbank strukturlarından birinə keçdikləri iddia edilir. Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinə görə, 2021-ci ildə “Obuxovskaya Mədən İdarəsi” ASC 13 milyard rubl ekvivalentində gəlir və 2 milyard xalis mənfəət əldə edib. Amma “Best Resolution” səhmdar cəmiyyəti haqqında az şey məlumdur. KİV-in məlumatına görə, o, 2022-ci il noyabrın 1-də Moskvada qeydiyyata alınıb, baş direktoru Maksim Alimovdur, şirkətin nizamnamə kapitalı 4 milyon rubl təşkil edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?