Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yekun sənədlərini hələ imzalamayıb. Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müzakirələr hələ davam edir. Bildirilib ki, 2023-cü ilin noyabrında KTMT-nin Belarusun paytaxtı Minskdə keçirilən sammitə Ermənistan nümayəndəsi qatılmadığı üçün imzalamayıb. Ötən ilin dekabrında sammitdə qəbul edilən normativ aktları İrəvana səfəri zamanı təşkilatın baş katibi İmanqali Tasmaqambetov Ermənistan tərəfinə təqdim edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?