Gundemxeber.az » Dünya » ABŞ Üsamə bin Ladenin köməkçisini azad edəcək
Gundexember.az xarici mediaya istinadla bildirir ki, Əfqanıstan və ABŞ Quantanamoda saxlanılan Məhəmməd Rəhim əl-Əfqaninin “Taliban” tərəfindən əsir götürülmüş amerikalı Rayan Korbetlə dəyişdirilməsi barədə razılığa gəlib.
Məlumata görə, Qətərdə bir neçə aylıq danışıqlardan sonra tərəflər bin Ladenin keçmiş köməkçisini 2022-ci ilin avqustunda casusluqda şübhəli bilinərək “Taliban” tərəfindən saxlanılan amerikalı QHT əməkdaşı ilə dəyişməyə razılaşıblar. Bildirilir ki, razılaşma daha bir əfqanın ABŞ həbsxanasından azad edilməsini nəzərdə tuta bilər.
Xatırladaq ki, Əl-Əfqani 2007-ci ildə Pakistanın şimal-şərqindəki Lahor şəhərində avtobusa minərkən Pakistan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. 2008-ci ildə o, ABŞ-yə təhvil verilib.
Gundexember.az
5-01-2017, 22:41
2-03-2019, 12:34
26-05-2020, 21:30
12-10-2018, 11:17
12-12-2022, 16:33
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?