Gundemxeber.az » Dünya » İtaliyada 70 yaşlı “xaç atası” poçt şöbələrini qarət edib
İtaliya polisi üzvlərinin yaşı 51-76 arası olan cinayətkar qruplaşmanın üzvlərini saxlayıb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, qrup altı nəfərdən ibarət olub, onlar poçt şöbələrini qarət ediblər.
Qeyd olunub ki, cinayətkar qrupun rəhbəri 1990-cı illərdə Romanın mərkəzində yerləşən banklardan birini qarət edərək məşhurlaşan 70 yaşlı İtalo De Vittidir.
2023-cü ilin mayında cinayətkar qrup Romadakı poçt şöbələrindən birinə basqın edərək oradan 195 min avro oğurlayıblar.
Dəstə üzvləri 2023-cü ilin noyabrında başqa bir poçt şöbəsindən 150 min avronu oğurlamağa cəhd etdikdən sonra saxlanılıblar.
İstintaq nəticəsində İtalo De Vitti və onun iki şəriki dörd il müddətinə azadlıqdan məhrumetməyə məhkum olunublar.
Cinayətin törədilməsinə şərait yaratmaqda təqsirləndirilən daha üç dəstə üzvü barəsində müxtəlif cəza tədbirləri həyata keçirilib.
Gundemxeber,az
19-02-2024, 18:07
4-12-2015, 18:34
5-11-2019, 13:25
24-01-2015, 10:01
20-06-2013, 12:13
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?