Gundemxeber.az » Dünya » Avropa ölkələri Ukraynaya silah-sursat üçün 1,5 milyard dollar istəyir
Avropa ölkələri Ukraynaya döyüş sursatının çatdırılması ilə bağlı ehtiyat plan üçün 1,5 milyard dollar toplamaq niyyətindədir...
Gundemxeber.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Financial Times qəzeti yazıb.
Bundan əvvəl Avropa İttifaqı mart ayına qədər Ukraynaya bir milyon mərmi tədarük edəcəyinə söz vermişdi. Çexiya müdafiə xəttini gücləndirmək üçün Ukraynanı təcili olaraq artilleriya mərmiləri ilə təmin etmək təşəbbüsü ilə çıxış edib.
"Avropa İttifaqının Kiyevə silah tədarükünü maliyyələşdirmək üçün əsas mexanizmi olan Avropa Sülh Fondunun təklif olunan 5 milyard avro məbləğində artırılması ilə bağlı Alyans paytaxtları arasında mübahisə olduğu üçün Praqanın milli hökumətlərin maliyyə yardımına ehtiyacı var", deyə Çexiya tərəfi bildirib.
Financial Times mənbələrinə görə, bəzi Avropa İttifaqı üzvləri artıq öz töhfələrini veriblər. Avropa İttifaqı səfirləri fevralın 21-də Brüsseldə keçirilən görüşdə fondun maliyyələşdirilməsi ilə bağlı razılığa gələ bilməyiblər və martın 21-də ittifaq liderlərinin sammitinə qədər yeni kapitalın yeridilməsi qaydalarını razılaşdırmağı qarşılarına məqsəd qoyublar.
Ötən gün həmçinin Avropa Parlamentinin üç müvafiq komitəsi 2024-2027-ci illər üçün Ukrayna üçün 50 milyard avro məbləğində maliyyələşdirmə proqramını dəstəkləyib. Qərar büdcə, xarici işlər və sənaye komitələri tərəfindən təsdiq edilib. 66 deputat lehinə, 5 deputat əleyhinə səs verib.
Ukraynanın maliyyələşdirilməsini yekunlaşdırmaq üçün qərar Avropa Parlamentinin bütün komitələri tərəfindən plenar iclasda təsdiqlənməlidir. Avropa Parlamentinin saytında yer alan tədbirlər təqviminə əsasən, görüş fevralın 27-də baş tutacaq. Avropa diplomatiyasının rəhbəri Cozep Borrell əmindir ki, Ukraynaya yeni maliyyə yardımı proqramı fevralın sonunadək təsdiqlənəcək.
Ümumilikdə, Rusiya və Ukrayna arasında hərbi münaqişə başlayandan bəri Avropa İttifaqı Kiyevə təxminən 88 milyard avro, o cümlədən hərbi ehtiyaclar üçün 28 milyard avro göndərib.
2024-2027-ci illərdə Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımı ayrılması Aİ-nin fevralın 1-də keçirilən sammitində razılaşdırılıb. Yardım layihəsi Ukrayna tərəfinin qrant şəklində 17 milyard avro və kredit şəklində 33 milyard avro alacağını nəzərdə tutur. Təsdiq olunmuş məbləğ Aİ büdcəsindən ayrıldığından Ukrayna silahlı qüvvələrinin hərbi ehtiyaclarına gedə bilməz.
Gundemxeber.az
28-02-2014, 13:50
14-03-2018, 20:00
31-01-2024, 23:45
31-08-2017, 11:36
3-10-2018, 16:29
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?