“Ermənistan hakimiyyəti KTMT ilə bağlı hər bir vətəndaşın hiddətini və münasibətini bölüşür”.
Gundemxeber.Az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə söhbətində danışıb.
Simonyan Ermənistan baş nazirinin KTMT-də iştirakın dayandırılması ilə bağlı bəyanatına münasibət bildirib.
“Baş nazirə görə əslində bizim iştirak etməməyimiz münasibətlərin dondurulması deməkdir. KTMT-yə hələ cavabı olmayan sual verdik. KTMT-nin məsuliyyət zonası haradadır? Siz bizim sərhədlərimizi tanıdınız, Ermənistan KTMT-də hansı sərhədlər daxilində iştirak edir? Bu suala cavab olmasa da, hesab edirəm ki, KTMT özünü söndürüb və işləmir”, - deyə Alen Simonyan qeyd edib.
Sorğu
Yeni dizaynımız necədir?