Gundemxeber.az » Dünya » Ukrayna hakimiyyəti Çinin laqeydliyindən şikayətçidir...
2024-cü ilin martında Çin Ukrayna böhranının siyasi həllini axtarmaq üçün Ukraynaya yüksək səviyyəli diplomat göndərib...
Gundemxeber.az xəbər verir ki, bu barədə Bloomberg Agentliyi adı açıqlanmayan mənbəyə istinadən yazıb. Nəşr qeyd edib ki, bununla belə, Pekin ukraynalı diplomatlara soyuq yanaşır.
Xəbərdə qeyd edilir ki, Çinin Avrasiya üzrə xüsusi nümayəndəsi Li Huey martın 2-də Rusiyaya səfər edib, daha sonra Ukrayna, Polşa, Almaniya, Fransa və Belçikaya səfər edib. Bu, Li-nin 2024-cü ilin fevralında Ukrayna böhranının başlamasından sonra ikinci raund diplomatiyası olub.
Ukraynanın Çindəki səfiri Pavel Ryabikin də öz növbəsində 2023-cü ilin yayından Çinin müxtəlif departamentləri ilə 40-a yaxın görüş istəyib, lakin Pekin yalnız bir neçə görüşə razılıq verib.
Bloomberg yazır ki, Çin hakimiyyəti Ukrayna diplomatlarına “laqeyd yanaşır”. Agentlik qeyd edir ki, Si Tsinrin və Vladimir Zelensky Ukrayna böhranı başlayandan sonra yalnız bir dəfə danışıb və Si bu müddət ərzində Rusiya prezidenti Vladimir Putinlə üç dəfə görüşüb.
Qeyd edək ki, 2023-cü ilin fevralında Çin Ukrayna böhranının həlli planını təqdim edib. Plana bütün ölkələrin suverenliyinə hörmət tələbi, “soyuq müharibə” mentalitetindən imtina (ölkələrin təhlükəsizlik maraqlarına hörmət), hərbi blokların genişləndirilməsinin rədd edilməsi, sanksiyaların ləğvi, atəşkəs, sülh danışıqları və s. bəndlər daxil edilib.
Gundemxeber.az
2-03-2016, 21:12
5-04-2023, 21:41
21-08-2017, 14:53
28-11-2019, 21:24
30-12-2020, 12:02
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?