Gundemxeber.az » Dünya » Rusiya XİN AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri ilə bağlı qərarını tənqid etdi
“Dünya Avropa Şurasında baş verənlərə ədalətli qiymət verməlidir”...
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətinin dayandırılması qərarını jurnalistlərə şərh edərkən bildirib.
“AŞPA-nın gördüyü hər bir iş tamamilə siyasiləşib. Təəssüf ki, təkcə bu təşkilatda deyil, həm də ona qonşu təşkilatlarda, məsələn, ATƏT-də. Avropa Şurasında baş verənlərə adekvat qiymət verilməsinə hamımızın ehtiyacı var”, - deyə o bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, AŞPA bəzi dövlətlərə qarşı dözümsüzlük, təkəbbür və neokolonial şovinizm nümayiş etdirir.
Xatırladaq ki, yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti iclasda bəyanatla çıxış edərək, növbəti bildirişə qədər AŞPA-da qarşılıqlı fəaliyyətini və mövcudluğunu qeyri-müəyyən müddətə dayandırmaq qərarını elan edib
Gundemxeber.az
16-01-2016, 12:25
4-06-2018, 15:57
15-03-2018, 17:01
23-01-2017, 11:10
24-01-2018, 20:45
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?