Gundemxeber.az » Dünya » Fransa səfiri: “İranla bir çox məsələlərdə fikir ayrılığımız var, lakin Ermənistanla bağlı yekdilik”
İranla bir çox məsələlərdə fikir ayrılığımız var, lakin Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyü yekdil olduğumuz bir məsələdir”.
Bunu Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini deyib.
O bildirib ki, İrəvanın taleyi təkcə Fransanı narahat etmir.
“Bu, əslində təkcə Fransanı narahat edən məsələ deyil. Son bir neçə ildə qonşu İran Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyü ilə bağlı narahatlığını dəfələrlə ifadə edib. İranla bir çox məsələlərdə fikir ayrılığımız var, lakin bu, yekdil olduğumuz bir məsələdir. Və əslində, BMT-yə üzv olan bütün dövlətlər bu məsələdə razılığa gəlməlidirlər, çünki BMT Nizamnaməsinə görə, BMT-nin bütün üzv dövlətləri digər üzv dövlətlərin ərazi bütövlüyünü və suverenliyini tanımalı və dəstəkləməlidirlər. Bu, ortaq öhdəlikdir”, - deyə diplomat bəyan edib.
Lakin o, son 30 ildə torpaqlarımız erməni işğalı altında olarkən nə Fransa, nə də İranın Azərbaycanın ərazi bötüvlüyü ilə bağlı niyə narahat olmadıqlarına aydınlıq gətirməyib.
Gundemxeber.az
30-05-2014, 09:16
13-07-2020, 23:38
12-11-2013, 15:04
25-07-2019, 21:37
1-03-2014, 10:56
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?