Gundemxeber.az » Dünya » “Ermənistanın Rusiya hərbçilərinin köməyinə ehtiyacı yoxdur” – Mirzoyan
İrəvanın Zvartnots hava limanında xidmət keçməsi üçün Moskvadan gələn hərbçilərin xidmətinə ehtiyac yoxdur.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kiprdən olan həmkarı Konstantinos Kombos ilə birgə mətbuat konfransı zamanı deyib.
“Əvvəldən Rusiya sərhədçilərinin mövcudluğu Ermənistan dövlətinə dəstək kimi idi, o vaxta qədər ki, Ermənistanın buna ehtiyacı vardı. İndi sərhəd xidmətini müstəqil həyata keçirmək üçün institusional imkanlar var və biz Rusiya tərəfini məlumatlandırmışıq”, - deyə nəşrdə xarici siyasət idarəsinin sözləri bildirilir.
Mirzoyan vurğulayıb ki, hazırda Rusiyadan hərbi personala ehtiyac aradan qalxsa da, Ermənistan hakimiyyəti hava limanında görülən işlərə görə Moskvaya minnətdarlığını bildirir.
Daha əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirmişdi ki, respublika hakimiyyəti Kremlə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçilərinin Zvartnotsdan çıxarılmasını tələb edən məktub göndərib. Qriqoryanın sözlərinə görə, İrəvan hava limanında müstəqil şəkildə sərhəd nəzarətini həyata keçirməyə qadirdir.
Gundemxeber.az
10-01-2014, 12:20
25-06-2013, 16:54
16-07-2018, 15:00
21-02-2014, 12:42
4-05-2023, 14:20
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?