Gundemxeber.az » Dünya » ABŞ, Yaponiya və Filippin apreldə sammitə hazırlaşır
Yaponiya, ABŞ və Filippin apreldə zirvə görüşü hazırlayır.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu görüşün hazırlanması üçün Yaponiyanın xarici işlər naziri Yoko Kamikava martın 20-də Filippinə səfər edəcək. Bundan əlavə, üç ölkənin xarici siyasət idarələrinin rəhbərlərinin iştirakı ilə üçtərəfli danışıqlar aparıla bilər.
Filippin Prezidenti Ferdinand Markosun iştirakı ilə sammitin keçirilməsində məqsəd Çinin dənizdə artan fəallığının qarşısını almaq üçün üçtərəfli formatda əməkdaşlığı gücləndirməkdir.
Qeyd edək ki, Yaponiyanın Baş naziri Fumio Kisida və ABŞ Prezidenti Cozef Baydenin Vaşinqtonda danışıqları aprelin 10-na planlaşdırılıb. Tərəflər həm ikitərəfli əməkdaşlığın gücləndirilməsini, həm də Hind-Sakit okean regionu üzrə tərəfdaşlarla qarşılıqlı əlaqəni müzakirə etməyi planlaşdırırlar.
Gundemxeber.az
2-11-2023, 23:26
2-11-2023, 23:44
27-10-2015, 15:43
19-07-2017, 10:37
11-06-2016, 20:07
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?