Rusiya Müdafiə Nazirliyi Rusiyanın Qara Dəniz Donanmasını Ukraynanın hücumlarından qorumaq istəyir və buna görə də Qara Dəniz Donanmasının komandanını dəyişdərə bilər.
Gundemxeber.Az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Müharibələrin Araşdırılması İnstitutu (ISW) xüsusi məlumat yayıb.
Hərbi analitiklər hesab edirlər ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun da səfəri bununla bağlıdır. Mütəxəssislərin fikrincə, müdafiə naziri Qara dənizdə Rusiya gəmilərinin Ukrayna tərəfindən batırılmasında məsuliyyəti donanma rəhbərliyin üstünə yıxmaq istəyir.
Qeyd edək ki, Ukraynanın Qara dənizdə endirdiyi zərbələr Qara dəniz donanmasını öz hərbi-dəniz qüvvələrinin əksəriyyətini Sevastopoldakı bazasından Novorossiysk və başqa yerlərdə daha kiçik imkanlara malik bazalara yerləşdirməyə məcbur edib.
Ukrayna Silahlı Qüvvələrinin Strateji Rabitə Mərkəzinin (StratCom) xəbərinə görə, Ukraynanın zərbələri nəticəsində 2024-cü ilin fevral ayının əvvəlinə qədər Qara Dəniz Donanmasının hərbi gəmilərinin təxminən 33 faizi, o cümlədən 24 gəmi və bir sualtı qayığı sıradan çıxarılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?