Gundemxeber.az » Dünya » Ermənistan kəndi Gürcüstana qaytaracaq?
Ermənistan təkcə Azərbaycanla deyil, həm də Gürcüstanla sərhədlərin demarkasiyasına hazırdır.
Gundemxeber.az bildirir ki, bununla bağlı Ermənistan KİV-də yayılan məlumata görə, İrəvan Gürcüstanla sərhəddəki Lori vilayətindəki Ciliza kəndini Tbilisiyə qaytarmağa hazırlaşır.
Qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda ölkəsinə rəsmi səfərə gəlmiş gürcü həmkarı İrakli Kobaxidze ilə görüşündə də bu məsələni müzakirə edib.
“Bu gün biz Ermənistan və Gürcüstan arasında demarkasiya prosesinin intensivləşdirilməsi imkanlarını da müzakirə etdik”, - deyə Paşinyan Gürcüstanın baş naziri ilə görüşdən sonra bildirib.
Xatırladaq ki, Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiya və demarkasiya məsələsini 1992-ci ildən müzakirə edirlər. 1996-cı ildən isə iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya komissiyaları fəaliyyət göstərir, amma bu istiqamətdə işlər ləng gedir.
Gundemxeber.az
27-12-2012, 12:48
2-04-2021, 10:36
5-02-2022, 12:23
22-05-2021, 10:06
13-12-2017, 11:00
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?