Gundemxeber.az » Dünya » Ağ Ev: “ABŞ Rusiyaya terror hücumu təhlükəsi barədə ətraflı məlumat vermişdi”
Vaşinqton administrasiyası iddia edir ki, ABŞ Krasnoqorskda baş verən terror ərəfəsində Rusiya Federasiyasına bu barədə aydın və ətraflı məlumat verib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu versiyanı jurnalistlər üçün keçirilən müntəzəm onlayn brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi irəli sürüb.
Onun sözlərinə görə, əslində, ABŞ bu terror hücumunun qarşısını almağa kömək etməyə çalışıb.
“Martın 22-də baş verən hücumdan əvvəl ABŞ Moskvadakı böyük toplantılar və konsertlərə qarşı terror təhlükəsi ilə bağlı Rusiya hakimiyyətinə aydın və ətraflı məlumat verib”, - Kirbi bildirib.
O qeyd edib ki, martın 7-də, Moskva vaxtı ilə saat 11:15-də, əvvəllər dəfələrlə istifadə edilmiş kanallar vasitəsilə normal prosedurlara uyğun olaraq, ABŞ hökuməti Rusiya təhlükəsizlik xidmətlərinə yazılı xəbərdarlıq göndərib. Kirbi həmçinin vurğulayıb ki, bundan əlavə, ertəsi gün, martın 8-də ABŞ vətəndaşlarını Moskvada böyük toplantılara və konsertlərə getməkdən çəkindirmək üçün xəbərdarlıq edilib.
“Biz bu məlumatı Rusiyaya verdik, çünki ABŞ xəbərdarlıq etmək öhdəliyini çox ciddi qəbul edir. Biz heç vaxt terror aktında günahsız insanların öldürüldüyünü görmək istəmirik… Bu, ABŞ-nin 2023-cü ilin sentyabrından bəri Rusiyaya göndərdiyi müxtəlif təhdidlərlə bağlı çoxsaylı xəbərdarlıqlardan biridir”, - Kirbi əlavə edib.
Gundemxeber.az
19-02-2016, 12:06
18-12-2017, 11:50
31-05-2013, 02:00
4-08-2013, 23:53
10-12-2015, 12:39
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?