Gundemxeber.az » Dünya » Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, Qazaxıstanın Ukraynadakı səfirliyi həmvətənlərinə təhlükəsizlik baxımından Odessa və Xarkov vilayətlərini tərk etməyi tövsiyə edib.
“Ukraynanın Odessa və Xarkov vilayətlərində artan gərginlik və qeyri-sabit təhlükəsizlik vəziyyəti ilə əlaqədar Qazaxıstan Respublikasının Ukraynadakı Səfirliyi Qazaxıstan vətəndaşlarına bu bölgələri tərk etmək barədə düşünməyi tövsiyə edir”, - səfirliyin məlumatında deyilir.
Həmçinin, səfirlik qazaxıstanlılara Ukraynadan Qazaxıstana iki yerüstü marşrutla - Polşa və ya Moldovadan keçməyi, sonra isə kommersiya aviareysləri ilə qayıtmağı məsləhət görüb.
GUNDEMXEBER.AZ
5-11-2017, 14:05
25-02-2022, 11:25
6-03-2016, 19:02
6-01-2020, 21:39
24-02-2022, 10:17
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?