Gundemxeber.az » Dünya » Rusiya Azərbaycan və Ermənistanı üçtərəfli dialoq mexanizmlərini bərpa etməyə çağırdı
“Rusiya Azərbaycan və Ermənistanı üçtərəfli dialoq mexanizmlərinin işini bərpa etməyə çağırır”...
GUNDEMXEBER.AZ bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı deyib.
“Hesab edirik ki, Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli mexanizmlərinin ritmik işini bərpa etməyin vaxtı çoxdan çatıb. Biz tərəfdaşlarımızı siyasi iradə nümayiş etdirməyə və Rusiyanın yardımı ilə sərhədlərin delimitasiyası, regionda nəqliyyat və logistika marşrutlarının açılması və sülh müqaviləsinin hazırlanması da daxil olmaqla ən çətin məsələlərin effektiv həlli yollarının axtarışına başlanılması çərçivəsində daxili formatlarda effektivliyini sübut edən təmasları bərpa etməyə çağırırıq”, - deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında bütün ərazi mübahisələri və iddiaları Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində ancaq siyasi və diplomatik üsullarla nizamlanmalıdır.
“Biz öz tərəfimizdən buna hər cür kömək göstərməyə hazırıq”, - deyə Mariya Zaxarova əlavə edib.
“Bir tərəf üçün güzəştlər əldə edilməsinə çalışan, digər tərəfə təhdidlər irəli sürülməsi ilə məşğul olan Avropa İttifaqı və ABŞ-dən fərqli olaraq həmişə Qafqazda davamlı sülh və rifahın bərqərar olması maraqları naminə mövcud fikir ayrılıqlarının hərtərəfli, kompromis həllinin tərəfdarı olmuşuq. Bizim təklifimiz danışıqlar masasında qalır”, - deyə o, qeyd edib.
GUNDEMXEBER.AZ
24-12-2015, 18:01
21-09-2020, 12:25
18-05-2022, 19:39
18-10-2023, 12:33
26-02-2016, 12:18
Sorğu
Yeni dizaynımız necədir?