GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Utanmırsan, ümummilli liderin siyasətinə kölgə salırsan?!"

Utanmırsan, ümummilli liderin siyasətinə kölgə salırsan?!"

Tarix: 12-12-2013, 21:40 Bölmə :Dünya Baxış: 666
Utanmırsan, ümummilli liderin siyasətinə kölgə salırsan?!"
Tacikistanda müxalifətçilər hökuməti öyrədilmiş muzdlu qadınlardan istifadə edib onların tədbirlərini pozmaqda günahlandırıblar.

Bu günlərdə bir qrup qadın gözlənilmədən Sosial Demokrat Partiyasının mətbuat konfransına giriərək tədbiri pozub, partiya liderinə sərt ittihamlar yağdırıb, prezident İmamali Rəhman-a alqış ediblər.

Onların öyrədilmiş muzdlular olduğundan jurnalistlər şübhələniblər, çünki aralarındakı iki qadını başqa bir “xalq etirazı”nda da görmüşdülər.

Həmin qadınlar bunu inkar etsələr də, jurnalistlər iki aksiyanın video və fotolarını müqayisə edərək yanılmadıqları qənaətinə gəliblər.

"OBON"

Öyrədilmiş qadınların müəyyən haqq qarşılığında müxalifətin tədbirlərini pozması, hətta tədbir iştirakçılarını döyməsi qonşu Qırğızıstanda və Özbəkistanda tez-tez rast gəlinən praktikadır. Belə qadınlara, verilən tapşırığın asanlığı, çətinliyindən asılı olaraq 50-500 dollar arasında pul verilir.

Amma indiyəcən Tacikistanda belə şey olmamışdı.

Orta Asiyada belə qadın qruplarına zarafatla “OBON” deyirlər - rusca “baba” (arvad) və “OMON” (xüsusi təyinatlı milis dəstəsi) sözlərinin sintezi olaraq.

Dekabrın 10-da Düşənbədəki mətbuat konfransında Sosial Demokrat Partiyasının sədri Rahmatullo Zoyirov Ukraynaya səfəri və Kiyevdəki hökumət əleyhinə aksiyalardan danışırdı.



Qəfildən zala doluşan qadınlar onu “ölkədə sabitliyi pozmaqda”, “ümummilli lider” Rahmon-un daxili və xarici siyasətinə kölgə salmaqda, ölkədəki inkişafı görməməkdə ittiham ediblər:

"Sən sülh istəyirsən, ya yox? Bizə sülh lazımdı! Bu mətbuat konfransını keçirməkdə məqsədin nədir?”

Qadınlar hətta partiyanı ötən ilin iyulunda ölkənin Dağlıq Bədəxşan vilayətində baş vermiş silahlı toqquşmanın təşkilatçısı olmaqda da suçlayıblar. Həmin toqquşmada təhlükəsizlik orqanlarının yüksək vəzifəli rəsmisi bıçaqlanmışdı.

Halbuki sosial-demokratların həmin olayla heç bir bağlılığı olmayıb. Toqquşmalara görə həmin vilayətdəki yaraqlıların komandirləri ittiham edilib.

"ARANI QARIŞDIRMAQ İSTƏYƏNLƏR"

Qadınlar Zoyirov-dan tələb ediblər ki, "xalqın seçdiyi qanuni prezidentin işinə mane olmasın”. Sonra üzlərini jurnalistlərə tutaraq onları “Tacikistanda aranı qarışdırmaq istəyən” partiya liderinə qulaq asmamağa çağırıblar.

Jurnalistlər qadınlardan soruşublar ki, onlar kimdirlər, mətbuat konfransından necə xəbər tutublar və onları bir yerə kim toplayıb.

Qadınların cavabı bu olub ki, onlar qonşuluqda yaşayan sadə vətəndaşlardır. Mətbuat konfransı haqda internetdən xəbər tutublar. Onları heç kim bir yerə toplamayıb, tədbirə ayrı-ayrılıqda gəliblər.

Amma jurnalistlər onların ikisinin bu ilin aprelində Amerika səfirliyi qarşısındakı aksiyada da iştirakını xatırlayıb.

Həmin aksiyadakı qadınlar Ukraynada Tacikistanın sabiq baş naziri, amma ölkədən qaçandan sonra müxalifətə keçmiş, Amerikada yaşamaq izni olan Abdumalik Abdullojonov-un azadlığa buraxılmasına etiraz edirdilər.

Sosial demokrat Zoyirovsa indi məhkəməyə və baş prokurora müraciət etmək fikrindədir. O, qadınların öyrədilmiş muzdlular olduğunu iddia edir (azadliq.org).
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kərəm Həsənovun "təşəkkür"lü qəbulu-Öyrədilmiş şikayətçilərlə görüş-VİDEO

    Kərəm Həsənovun "təşəkkür"lü ...

    13-08-2013, 16:37

  • 
  • Qadınlar avtobus sürücüsünü belə döydülər - VİDEO

    Qadınlar avtobus sürücüsünü belə döydülər - VİDEO ...

    16-12-2014, 00:01

  • 
  • Partiya sədri həbs olundu

    Partiya sədri həbs olundu ...

    17-06-2013, 10:34

  • 
  • Merkel və Olland miqrant axını ilə mübarizə tədbirlərini razılaşdırıblar

    Merkel və Olland miqrant axını ilə mübarizə ...

    3-09-2015, 21:45

  • 
  • “Lider ölkə”ni faş edəcək müqayisə

    “Lider ölkə”ni faş edəcək müqayisə ...

    15-12-2012, 15:14


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (187)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu