“ABŞ Ermənistanda dinc nüvə enerjisinin inkişafı üzərində işləyir”.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu sözlər Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün yekunlarına dair bəyanatda yer alıb.
Qeyd olunub ki, ABŞ-dən əlavə investisiyaların cəlb edilməsi, texnologiyalar sahəsində ticarəti imkanlarının optimallaşdırılması, kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi və texnologiya infrastrukturunun genişləndirilməsi istiqamətində ABŞ Ermənistanla işlər aparacaq.
Vaşinqton ABŞ-dən əlavə investisiyalar cəlb etmək və ərzaq təhlükəsizliyini təmin etmək niyyətindədir.
Qeyd edək ki, Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə üçtərəfli görüş keçirilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?