“ABŞ və İsrail İrandan gələ biləcək mümkün hücumla bağlı öz hərbi qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətiriblər”.
GUNDEMXEBER.AZ bildirir ki, bu barədə “The New York Times” nəşri mənbələrə istinadən yazıb.
ABŞ KİV-də dərc olunan xəbərlərdə bildirilib ki, İran Dəməşqdəki konsulluğuna edilən hücuma cavab olaraq yaxın vaxtlarda zərbə endirə bilər.
Həmçinin jurnalistlərin əldə etdikləri məlumata görə, eyni zamanda İsrail Silahlı Qüvvələri döyüş bölmələrindəki hərbçilərin işdən azad olunmaları ilə bağlı məsələləri də ləğv edib. Bundan əlavə, onlar ehtiyatda olan bəzi əsgərləri hava hücumundan müdafiə bölmələrinə çağırıb, GPS siqnallarını bloklayıblar.
Həmçinin iki İran rəsmisi nəşrə bildirib ki, İrandakı silahlı qüvvələr də yüksək döyüş hazırlığı vəziyyətindədir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?