Gundemxeber.az » Dünya » Baydendən öz tənqidçisinə sərt cavab: “Ağzını yum!”
ABŞ Prezidenti Co Bayden onun sözünü kəsən tənqidçisinə emosional reaksiya verib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, insident ABŞ liderinin Vaşinqtonun “Union Station” arenasında çıxışı zamanı yaşanıb.
Dövlət başçısı uşaqların sağlamlığına qoyulan sərmayələrdən danışarkən naməlum şəxs onun sözünü kəsərək tənqid etməyə başlayıb. “Yaxşı, mən sənə belə deyəcəyəm: Ya qalx səhnəyə və öz sözünü de, ya da ağzını yum. Yaxşı?” - prezident deyib. Tamaşaçılar onun sözlərini alqışlarla qarşılayıblar.
Qeyd edək ki, 81 yaşı olan Bayden ictimai çıxışlarında tez-tez müxtəlif səhvlərə yol verir.
Gundemxeber.az
4-11-2014, 11:57
20-05-2016, 22:59
29-04-2021, 09:57
3-11-2021, 11:00
24-01-2018, 20:38
Sorğu
Yeni dizaynımız necədir?