Gundemxeber.az » Dünya » Tiflisdə aksiyaçıların bir qismi dağılışmağa başlayıb
Gürcüstanın paytaxtı Tiflisdə “Xarici agentlər” haqqında qanunun qəbuluna etiraz edənlər dağılışmağa başlayıblar.
Onlar sabah saat 11-də parlamentin plenar iclasında qanun layihəsinin müzakirəsinə başlamazdan əvvəl yenidən toplaşmağa razılaşıblar.
Bəzi fəallar isə Rustaveli prospektində gecələmək niyyətindədirlər.
Qeyd edək ki, daha əvvəl etirazçılarla polis arasında toqquşmalar baş verib. Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, bir neçə nəfər saxlanılıb.
DİN etiraz aksiyasının iştirakçılarını dinc toplantılar və ifadə azadlığı hüdudlarından kənara çıxmamağa çağırıb.
Xatırladaq ki, iştirakçılar daha əvvəl parlament binasını mühasirəyə almağa çalışıblar./REPORT.AZ/
18-11-2019, 20:47
21-06-2019, 13:20
18-11-2019, 20:31
9-03-2023, 18:52
8-03-2023, 23:18
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?