GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Paşinyanın çabalaması - Süd bidonuna düşən iki qurbağanın rəvayəti

Paşinyanın çabalaması - Süd bidonuna düşən iki qurbağanın rəvayəti

Tarix: 16-04-2024, 12:30 Bölmə :Dünya Baxış: 128

Ermənistanın baş naziri Nikol Paşinyanın son illərdəki fəaliyyətini, hərəkətlərini cəmi bir sözlə ifadə etmək tələb olunsa, yəqin ki, çox adam bu sözü seçər: “Çabalayır”.


Doğrudan da bu şəxs ölkəsini girdabdan çıxarmaq, özünün, komandasının hakimiyyətini qorumaq üçün süd bidonuna düşmüş qurbağa kimi yorulmadan çabalayır.

Bu düşmən ölkənin rəhbərini aşağlamaq və ya təhqir etmək cəhdi deyil, “süd bidonuna düşmüş qurbağa” barədə məşhur pritça var (bu barədə əvvəllər də yazılarımızda qeyd etmişik). Bunu II dünya müharibəsi illərində Böyük Britaniyanın baş naziri Uinston Çörçill ABŞ-ın Londondakı səfiri Cozef Patrik Kennediyə (prezident Con Kennedinin atası) danışıb və sonradan memuarlarda yer alıb.

Həmin pritça belədir: gecə vaxtı süd bidonuna iki qurbağa düşür, batmamaq üçün çabalayırlar. Onlardan biri bədbin ovqatlı olur, tez yorulur, çabalamaqdan imtina edir və bidonun dibinə gedir. O biri qurbağa isə südün üzündə qalmaq üçün hey çabalayır, çabalayır, səhərə yaxın yorulduğunu hiss edir. Ayaqlarını saxlayanda görür ki, daha batmır. Heç demə, səhərə qədər çalxalanan süddə yağ əmələ gəlib və o artıq yağın üzərindədir.

Bu pritçanı Kennediyə danışan Çörçill əlavə edərək deyib ki, möhtərəm ser, mən, bax, ikinci qurbağayam, ölkəm üçün çabalamaqdan imtina etməyəcəm.

Çörçillin Britaniya üçün çabalarının və çabalamalarının nə ilə nəticələndiyini hər kəs bilir.

Onunla Paşinyanın personası müqayisəyə gəlməz olsa da, Vovayeviç də çabalamağı üstün tutan siyasətçilərdəndir.

Adam Qərb ölkələrini Ermənistanın arxa-dayağı etmək üzrədir, Ermənistanı öz vassalı kimi saxlamağı düşünən Rusiya ilə mübarizə aparır, Azərbaycanla özlərinə sərfəli variantda razılaşmağa çalışır, Mərkəzi Asiyanın türk dövlətləri ilə yaxınlaşmaq, iqtisadi tərəfdaşlıq əlaqələrini gücləndirmək istəyir, Türkiyə ilə gərgin münasibətləri yumşaltmaq üçün əlindən gələni edir, İran və ABŞ-la eyni anda dost olmaq xətti yürüdür və s.

Hələlik onun bu cür vurnuxmalarının effektivliyi azdır, Ermənistanın tuneldən çıxması prosesi ləng gedir. Bu da ona görədir ki, bu kiçik Qafqaz dövlətinə həm xarici basqılar var, həm də ölkə daxilində Paşinyanı devirmək istəyən qüvvələr mütəşəkkildirlər.

Bu qüvvələr həm destuktivdirlər, həm də dövrün yeni çağırışlarına adekvat cavab verə bilməyəcək qədəq gerilikçidirlər. Nüvəsində Köçəryan-Sarkisyan tandeminin dayandığı “Qarabağ klanı” və əsasən şovinist qruplardan ibarət olan Ermənistan müxalifəti israrla Rusiya ilə dostluq, Türkiyə və Azərbaycanla düşmənçilik münasibətinin davam etməsini istəyir, eyni zamanda mümkün olduqca Ermənistana loyal olan Avropa dövlətlərinin dəstəyini itirməməyi düşünürlər.

Paşinyan anlayır ki, artıq dünyanın elə bir vaxtdır ki, nə bir əldə dörd qarpız saxlamaq olar, nə də bir-birilə açıq münaqişə, müharibə vəziyyətində olan düşmənlərlə paralel dostluq büsatı qurmaq mümkündür. Dünya siyasətində artıq vegetarianlıq dönəmi bitib, yırtıcı dövlətlər ətə-qana susayıb, bir-birinə diş qıcayıblar. Bu ortamda Ermənistan onların arasında yox, birinin yanında olmalıdır ki, salamat qala bilsin.

Bu günlərdə Paşinyanın 1915-ci il hadisələrindən danışarkən “genosid” sözü işlətməməsi, bunun əvəzinə ABŞ prezidentlərinin də dilə gətirdiyi “Meds Yaqern” (“Böyük fəlakət”) söz birləşməsindən istifadə etməsi Ermənistanda kəskin mənfi reaksiyalara səbəb olub və hesab edilib ki, Paşinyan bu ifadə ilə Türkiyə qarşısında reverans edir.

Müxalif ermənilər anlamaq istəmirlər ki, Türkiyə 85 milyonluq nəhəng, hərbi sənayesi, iqtisadiyyatı inkişaf etmiş, üç tərəfi dəniz olan bir ölkədir və 101-105 il əvvəlkindən fərqli olaraq daha dizi, sırtı yerə gəlməyəcək ki, ermənilər də fürsətdən istifadə edib ondan nəsə qoparsınlar. Belədirsə, bu mənasız düşmənçiliyi sonsuza qədər sürdürməyin nə mənası var?

Paşinyan isə anlayır ki, Türkiyə və digər türk dövlətləri ilə, o cümlədən Azərbaycanla münasibətləri yaxşılaşdırsa, sülh və əmin-amanlıq içində dinc, yanaşı yaşamağı təmin edə bilsə, ölkəsinin qarşısında çoxlu qapılar açılar və bu, hərtərəfli inkişafa səbəb ola bilər.

O və komandası hazırda praqmatik siyasət yürüdürlər və səmimi şəkildə köhnə dövrlərin acı miraslarından qurtulmaq, erməni xalqını qonşulara, ətraf dünyaya kin bəsləməkdən çəkindirməyə çalışırlar.

Böyük ehtimalla Paşinyanın çabalaması effektiv olmayacaq, erməni südü yağsız olduğu üçün onun ayağı altında yağ əmələ gəlməyəcək və o, bir gün çabalamaqdan bezərək dibə gedəcək.

Paşinyan uğursuzluğa düçar olsa, Qafqaza sülhün gəlməsi üçün ayıq düşünən, keçmişlə yaşamağı buraxaraq gələcəyə baxan ermənilərn bir daha nə vaxt meydana çıxıb söz sahibi olacağını bilmək olmaz. Bu, hərdən artistlik edən, bəzən etibarsızlıq nümayiş etdirən, bir addım qabağa gedən kimi, basqı görcək geri çəkilən, verdiyi sözü çox vaxt tutmayan və ya tuta bilməyən, hey çabalayan, vurnuxan adam Ermənistanın şansıdır./musavat.com/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qurbağa körpə dünyaya gəldi-VİDEO

    Qurbağa körpə dünyaya gəldi-VİDEO ...

    6-08-2013, 19:35

  • 
  • ŞOK! Bakıda qızardılmış qurbağa ayaqları satılır - FOTO

    ŞOK! Bakıda qızardılmış qurbağa ayaqları satılır ...

    13-10-2016, 19:01

  • 
  • Ölkədə ət və süd məhsulları ilə özünü təminetmə 90 faizə çatıb - Nazir

    Ölkədə ət və süd məhsulları ilə özünü təminetmə ...

    22-01-2019, 13:43

  • 
  • Prezident ət və süd məhsullarından DANIŞDI

    Prezident ət və süd məhsullarından DANIŞDI ...

    26-03-2018, 15:52

  • 
  • Süd qazanı aşdı, ana və 2 uşağı YANDI - MASALLIDA

    Süd qazanı aşdı, ana və 2 uşağı YANDI - MASALLIDA ...

    16-08-2017, 17:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu