Gundemxeber.az » Dünya » 6 il əvvəl yoxa çıxan alman milyarder tapıldı – Moskvada məşuqəsi ilə birlikdəymiş
Altı il əvvəl Alp dağlarında müəmmalı şəraitdə yoxa çıxan alman əsilli amerikalı milyarder Karl-Erivan Haub 44 yaşlı məşuqəsi ilə birlikdə yaşadığı Moskvada sağ-salamat tapılıb.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, Haub 2018-ci ilin aprelində İsveçrə Matterhorn altında itibmiş. O, qış kurortunda keçirilən xizək yarışlarına hazırlaşmaq üçün bu ölkəyə gəlib. Milyarderi sonuncu dəfə səhər-səhər liftdə təkbaşına dağa qalxarkən görüblər, sonra o, otelə qayıtmayıb. Altı gün davam edən axtarışlar heç bir nəticə verməyib və meyit tapılmayıb. Üç il sonra onun öldüyü elan edilib.
RTL şirkətinin alman jurnalistləri araşdırma aparıb və bildiriblər ki, milyarder Moskvada gənc məşuqəsi ilə birlikdə yaşayır. Onlar iddia edirlər ki, o, altı il əvvəl yoxa çıxmazdan əvvəl üç gün ərzində qadının telefonuna 13 dəfə zəng edib. Zənglər uzun sürüb, onlardan biri bir saatdan çox çəkib. Buna görə də media nümayəndələri iş adamının qadınla öz ölümünün saxtalaşdırılmasını müzakirə etdiyindən şübhələnirdilər.
İstintaq müəyyən edib ki, 44 yaşlı rusiyalı qadın o zaman Sankt-Peterburqda xizək, yürüş və alpinizm ekskursiyaları təşkil edən tədbirlər agentliyinin rəhbəri olub.
Gundemxeber.az
6-08-2013, 11:37
27-01-2016, 13:38
14-09-2014, 13:42
23-06-2017, 12:55
18-09-2017, 11:38
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?