Gundemxeber.az » Dünya » İsrail kəşfiyyatının rəhbəri istefaya getdi - Nə baş verir?
İsrail Müdafiə Qüvvələrinin (IDF) Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Aharon Haliva istefa verib.
Bu barədə IDF Telegram-da məlumat yayıb.
“Baş Qərargah rəisinin qərarına və müdafiə nazirinin təsdiqinə əsasən, general-mayor Aharon Halivanın varisi təyin olunan kimi vəzifəsini tərk edərək İsrail Müdafiə Qüvvələrindən istefaya göndərilməsi qərara alınıb”, - deyə məlumatda bildirilir.
General ,Haliva istefa məktubunda oktyabrın 7-də baş vermiş hadisələrə görə məsuliyyəti öz üzərinə götürdüyünü və bununla əlaqədar olaraq İsrail kəşfiyyatının rəhbəri vəzifəsindən istefa verdiyini qeyd edib. O, İDF Kəşfiyyat İdarəsinin əməkdaşlarının yüksək peşəkarlığını vurğulayıb
GUNDEMXEBER.AZ
22-04-2024, 17:12
14-11-2018, 15:33
29-10-2015, 16:26
15-10-2015, 13:06
24-10-2013, 21:25
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?