Gundemxeber.az » Dünya » Ukrayna Rusiyada 3 böyük müəssisəyə ZƏRBƏ ENDİRDİ
Aprelin 24-nə keçən gecə Ukrayna dronlarla Rusiya ərazisində 3 mühüm obyektə zərbə endirib.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Baş Kəşfiyyat İdarəsinin keçirdiyi xüsusi əməliyyat nəticəsində Novolipetsk Metallurgiya Zavoduna hücum edilib.
Kamikadze pilotsuz təyyarələrin hücumu nəticəsində metallurgiya zavodunun oksigen stansiyası qismən dağılıb, iki oksigen qurğusu sıradan çıxıb.
Bildirilir ki, bu cür zədələnmə zavodun fəaliyyətinə uzun müddətə ciddi mənfi təsir göstərəcək.
Qeyd etmək lazımdır ki, Novolipetsk Dəmir-Polad Zavodu Rusiyanın ən böyük qara metallurgiya müəssisələrindən biridir. Şirkət Rusiya hərbi-sənaye kompleksi üçün işləyir və xeyli sayda dövlət sifarişlərini yerinə yetirir.
Ötən gecə həmçinin Rusiyadakı neft obyektləri dron hücumuna məruz qalıb. Smolensk vilayətində neft anbarı, Voronejdə isə neft emalı zavodu yanıb.
Lipetsk vilayətinin qubernatoru İqor Artamonov PUA-nın Lipetsk şəhərinin sənaye zonasına düşdüyünü, lakin tələfatın olmadığını iddia edib. Hadisə yerinə təcili tibbi yardım briqadaları gəlib.
Eyni zamanda Smolensk vilayətinin qubernatoru Vasili Anoxin bölgədəki neft anbarına hücum edildiyi barədə məlumat verib. Bu səbəbdən də rayonun iki rayonunda yanacaq-energetika obyektlərində yanğın baş verib. Həmin obyektlərdə 26 min ton yanacaq-sürtgü yağları ehtiyatı saxlanılırdı.
GundemXeber.Az
20-10-2018, 12:48
8-11-2018, 16:31
3-10-2016, 22:45
16-09-2019, 16:30
21-04-2021, 16:00
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?