Gundemxeber.az » Dünya » Pavlodarda qanunsuz mühafizə orqanının təşkilatçıları saxlanılıb
Qazaxıstanın Pavlodar vilayətində qeyri-qanuni mühafizə xidməti göstərən təsisatın fəaliyyəti dayandırılıb və araşdırmalara başlanılıb.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla xəbər verir ki, polis əməkdaşları vilayət prokurorluğu ilə razılaşdıraraq, şəhərin əyləncə obyektlərində qanunsuz olaraq mühafizə tədbirləri həyata keçirən Pavlodar şəhər sakinlərini müəyyən ediblər.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər şəhərdəki 12 əyləncə müəssisəsində qanunsuz mühafizə fəaliyyəti təşkil edib, burada əmək müqaviləsi bağlamadan idmanla məşğul olan, ixtisas tələbləri olmayan gəncləri mühafizəçi işinə cəlb ediblər. Qeyri-qanuni mühafizə fəaliyyəti faktı ilə bağlı ibtidai istintaq başlayıb”, - deyə Pavlodar vilayətinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Qabit Kabdrahmanov bildirib.
İstintaq zamanı rayonda ən çox müştərisi olan 12 əyləncə müəssisəsindən mühafizə fəaliyyəti ilə məşğul olan 30-a yaxın şəxs, o cümlədən qanunsuz mühafizə orqanının təşkilatçıları saxlanılıb.
Polis hesab edir ki, qeyri-qanuni təhlükəsizlik fəaliyyətindən əldə etdiyi gəlir bütün mövcud olduğu dövr ərzində təşkilatçılara 200 milyon tengedən çox gəlir gətirib.
GUNDEMXEBER.AZ
24-09-2019, 11:23
12-03-2015, 09:17
17-03-2020, 18:16
21-08-2013, 00:21
4-11-2017, 15:50
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?