NATO-nun Hərbi Komitəsi təşkilata üzv ölkələrin müdafiə nazirləri səviyyəsində mayın 16-da Brüsseldə görüş keçirəcək, görüşdə Ukraynaya dəstək göstərilməsi məsələsini müzakirə olunacaq.
Bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
“İlk görüşdə müdafiə nazirləri Ukrayna-NATO Şurası formatında Rusiyanın Ukraynaya qarşı müharibəsini, həmçinin NATO və müttəfiqlərinin Ukraynaya gələcək dəstəyini müzakirə etmək üçün görüşəcəklər”, - məlumatda bildirilir.
Hərbi Komitənin iclası müdafiə nazirlərinə görüşməyə və Şimali Atlantika Alyansı üçün strateji əhəmiyyət kəsb edən məsələləri müzakirə etməyə imkan verəcək. İştirakçılar NATO-nun Vilnüs sammitində qəbul edilmiş qərarların icrası ilə bağlı fikir mübadiləsi aparacaq və iyulda Vaşinqtonda keçiriləcək sammitə hazırlaşacaqlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?