Gundemxeber.az » Dünya » RF-nin sabiq baş prokuroru: “Listyevin qətlinin üstünü açmaq olar”
Məşhur telejurnalist Vladislav Listyevin qətli ilə bağlı işin üstü hələ də açıla bilər.
GUNDEMXEBER.AZ Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya Federasiyasının keçmiş baş prokuroru Yuri Skuratov bildirib.
Həmin hadisə 1995-ci il martın 1-də baş verib.
“Mən əminəm ki, imkan qalır. Hələ də şans var”, - sabiq baş prokuror bildirib.
Skuratov etiraf edib ki, “Listyev işi” onun üçün ağrılı mövzu olaraq qalır. O, əlavə edib ki, o zamanlar istintaq bir sıra səhvlərə yol verib və bu da istintaq prosesini ləngidib.
Sabiq baş prokuror qeyd edib ki, sifarişçinin geniş əlaqələri olduğu üçün istintaq ləngiyib. Skuratov Listyevin qətlini dəqiq kimin sifariş etdiyini bildiyini eyham edib, lakin təqsirsizlik prezumpsiyası səbəbindən onun adını çəkə bilməyəcəyini açıqlayıb.
V.Listyev ötən əsrin 90-cı illərində məşhur teleaparıcı olub. O, həm də ORT telekanalının baş direktoru idi.
1995-ci ilin yazında o, Moskvanın Novokuznetskaya küçəsindəki evinin girişində öldürülüb. Jurnalistin 38 yaşı var idi. İş hələ də açılmayıb.
Bundan əvvəl bəstəkar Loza teleaparıcı Vladislav Listyevin qətlini sifariş edənlərin adını çəkməsə də, qətlin motivinin maliyyə məsələləri olduğunu bildirib.
GUNDEMXEBER.AZ
13-05-2016, 01:57
1-10-2013, 11:45
18-05-2020, 10:00
27-08-2015, 13:23
8-10-2013, 01:59
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?